manera.az
manera.az

Veteran kino xadimləri mükafatlandırılıb

📅 30.07.2018 14:43

Veteran kino xadimləri mükafatlandırılıb
Milli Kinomuzun 120 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup veteran kino xadiminə pul mükafatları təqdim edib.

İttifaqın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, təqdim edilən pul mükafatları 2018-ci ildə yubileyləri qeyd edilən bir neçə kino xadimlərinə də şamil olunub. Belə ki, qurum bir nəfər kino xadiminə 2 min manat, üç nəfərə 350 manat, səkkiz nəfərə isə 250 manat pul mükafatı təqdim edib.

Qurumun təsis etdiyi “Milli kino mükafatı”na Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Xalq Artisti, professor Oqtay Mirqasımov layiq görülüb.


Baxış sayı - 1 119 | Yüklənmə tarixi: 30.07.2018 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930