manera.az
manera.az

Həsən Məmmədovun 80 illiyi qeyd olunacaq

📅 31.07.2018 13:10

Həsən Məmmədovun 80 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev iyulun 30-da Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, Sərəncama əsasən Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin noyabr ayında Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi tamam olur. Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.


Baxış sayı - 1 858 | Yüklənmə tarixi: 31.07.2018 13:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930