manera.az
manera.az

İlham Qəhrəmanın şeirlər kitabı çap olunub

📅 28.07.2018 10:00

İlham Qəhrəmanın şeirlər kitabı çap olunub
Tanınmış şair İlham Qəhrəmanın “Ağlama, qələm eşidir” adlı yeni şeirlər kitabı çapdan çıxıb.

MANERA.AZ xəbər verir ki, “Qanun” nəşriyyatında işıq üzü görən kitab tənqidçi Nərgiz Cabbarlının “Xalq ruhunu özündə qoruyan şeirlər...” adlı ön sözüylə açılır.

Yüzdən çox şeirin yer aldığı kitab beş bölmədən ibarətdir: “Elə yer olsun ki, alma bitməsin”, “Dəryada yanan gəmiyəm”, “İstanbul heyrət görküdür”, “Bizə salam düşmür”, “Cincilimim, quşəppəyim”.

Şairin sayca 7-ci olan bu kitabının bir özəlliyi də odur ki, oxucuları Xalq şairi Zəlimxan Yaqubun, jurnalist Məmməd Nazimoğlunun, rəssam Yusif Mirzənin, tənqidçi Əsəd Cahangirin, şair Murad Köhnəqalanın, filoloqlar Həcər Paşayevanın, Fərhad Qasımovun və Müslüm Mahir Hikmətin onun yaradıcılığı haqqında dedikləri fikirlərlə də tanış olacaqlar.

“Ağlama, qələm eşidir” kitabında müəllifin son dörd ildə yazdığı şeirlər toplanıb../kulis.az/
İlham Qəhrəmanın şeirlər kitabı çap olunub


Baxış sayı - 1 698 | Yüklənmə tarixi: 28.07.2018 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031