manera.az
manera.az

V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi elan edilib

V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi elan edilib
Avrasiya Yazarlar Birliyi növbəti - V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə start verib.


MANERA.AZ xəbər verir ki, əsərlərin qəbulu avqustun 31-dək davam edəcək. Müsabiqəyə buraxılacaq əsərlərin elan olunması sentyabrın 30-u, ölkələrdə mükafatlandırma oktyabr-noyabr aylarında, beynəlxalq dəyərləndirmə oktyabr, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.

Ölkələr üzrə münsiflər heyəti ədəbiyyat jurnalları və yazıçılar birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.

Ölkələrdə birinci yerə 2500, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq 20000, 15000, 10000, həvəsləndirici kimisə 5000 Türkiyə lirəsi veriləcək.

Təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı, hər hansı yerdə dərc edilməməlidir.

Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”, telefon: (012) 510-28-83, (012) 538-10-53; 050 264 92 86. E-mail: ibrahimcefer@mail.ru

Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yazıçının şəxsiyyətini göstərən ad, soyad, yaxud hər hansı işarənin olması hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq.

İştirakçı adını, soyadını, ünvanını, tərcümeyi-halını, 1 ədəd şəklini ayrı zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə yerləşdirməlidir. Kompüterdə 12-lik şriftlə yazılacaq hekayələr 6 nüsxədə göndərilməlidir. Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək, mətn sahibininsə bu mövzuda etirazı qəbul edilməyəcək.

Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031