manera.az
manera.az

Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb

📅 11.06.2018 17:21

Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, kitabı Azərbaycan dilinə tanınmış Azərbaycan yazıçısı Saday Budaqlı çevirib.

XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela, yaradıcılığı boyu bədii ədəbiyyatın müxtəlif janrlarında (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabına dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.


Baxış sayı - 1 855 | Yüklənmə tarixi: 11.06.2018 17:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031