Bülbül adına Beynəlxalq müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli, 2847 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə cari ilin 4-7 iyun tarixində Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül adına Vokalçıların VII Beynəlxalq müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.
Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulmuşdur.
Müsabiqənin seçim turları 4-7 iyun 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcəkdir. 4-6 iyun tarixində müsabiqənin I və II turları, 7 iyun tarixində isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcəkdir.
SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19.00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19.00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi
4-8 iyun 2018-ci il
MÜSABİQƏNİN PROQRAMI
Müsabiqənin cədvəli və keçirilmə tarixləri
4 iyun
11.00 – Azərbaycan Dövlət Akademik Filarmoniyası, müsabiqənin açılışı
12.00-15.00 – ifaçıların dinlənilməsi
15.00-16.00 – fasilə
16.00-18.00 – ifaçıların dinlənilməsi
18.00-18.30 – 30 dəqiqə fasilə
18.30-20.30 – ifaçıların dinlənilməsi
5 iyun – II tur
11.00-14.00 – ifaçıların dinlənilməsi
14. 00-15.00 – fasilə
15.00-17.00 – ifaçıların dinlənilməsi
17.00-17.30 – 30 dəqiqə fasilə
17.30-19.30 – ifaçıların dinlənilməsi
6 iyun – III turun məşqləri
10.00-14.00
16.00-19.00
7 iyun – III tur
10.00-14.00 – məşqlər
18.00 – müsabiqə iştirakçılarının çıxışı
8 iyun, 19.00 – Heydər Əliyev Sarayı
SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi
İştirak edirlər
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Azərbaycan Dövlət Xor Kapellası
“Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin münsiflər heyətinin üzvləri
“Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri
9 iyun, 19.00 – Gəncə Dövlət Filarmoniyası
SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi
İştirak edirlər
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Azərbaycan Dövlət Xor Kapellası
“Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin münsiflər heyətinin üzvləri
“Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri