manera.az
manera.az

Görkəmli rejissor Mehdi Məmmədov ziyarət edilib

Görkəmli rejissor Mehdi Məmmədov ziyarət edilib
Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanda xalq artisti,
görkəmli rejissor Mehdi Məmmədovun məzarını ziyarət edib.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Mehdi Məmmədovun
Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb.

O, qeyd edib ki, Mehdi Məmmədov Azərbaycan teatrı və mədəniyyətinin
böyük simalarından biridir: “Mehdi müəllim həm Akademik Milli Dram
Teatrında, həm də Teatr Xadimləri İttifaqında çox böyük işlər görüb.
Mehdi Məmmədovla bağlı mənim çox gözəl xatirələrim var. O, təkcə
sənətkar kimi yox, eyni zamanda müəllim və insan kimi böyük mənəvi
keyfiyyətlərə malik şəxsiyyət idi”.

Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov
görkəmli sənətkarın quruluş verdiyi tamaşalar, yetişdirdiyi tələbələr
haqqında danışıb: “Teatr onun həyatı idi. Mehdi Məmmədov öz həyatını
teatrsız təsəvvür edə bilmirdi, həyatın hər bir hadisəsini teatra
qısqanırdı. Teatra olan hədsiz marağının nəticəsi idi ki, ruhani
atasının iradəsi əleyhinə çıxıb bu sənəti seçmişdi. Ömrünün sonun
qədər müəllim oldu, tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün
əlindən gələni etdi”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev görkəmli teatr
rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq
Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru,
professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100
illiyinin qeyd olunması münasibəti ilə Sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930