manera.az
manera.az

Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri

📅 22.05.2018 16:29

Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri
Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxaq nəşri olan “Azərbaycan hekayələri” kitabı Böyük Britaniyada işıq üzü görüb.

Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas kimi tanınmış Azərbaycan ədiblərinin hekayələri toplanan kitabın redaktoru ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Tompson, “Ön söz”ün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.

Kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib./525.az/


Baxış sayı - 1 452 | Yüklənmə tarixi: 22.05.2018 16:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031