manera.az
manera.az

Erix Frommun “Psixoanaliz və din”i Azərbaycan dilində

📅 07.05.2018 13:17

Erix Frommun “Psixoanaliz və din”i Azərbaycan dilində
Mayın 20-də, saat 14:00-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında "Kitabsevərlər" hərəkatının 20-ci nəşri Erix Frommun "Psixoanaliz və din" kitabının təqdimatı keçiriləcək.

MANER.AZ xəbər verir ki, "Elm və Təhsil" Nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi Elmar Namaz, redaktorları Cavid Qədir və Taleh Eminoğludur.

"Psixoanaliz və din" əsərində Fromm dinləri sosial-psixoloji cəhətdən təhlil və tənqid edir, insan üzərində yaratdığı təzyiqlərdən danışır, bunu müxtəlif misallarla sübuta çalışır.

Freyd və Yunqun da baxış bucaqlarına işıq tutmağa çalışan filosof kitabda dinin həyatımızda tutduğu yerin konturlarını cızır və "Din nədir?" sualına cavab axtarır.

Kitabın qiyməti 5 manatdır.

Təqdimatın media dəstəkçisi mədəniyyətyönümlü xəbər portalı Parafraz-dır. /parafr.az/


Baxış sayı - 1 455 | Yüklənmə tarixi: 07.05.2018 13:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031