manera.az
manera.az

Dünya şöhrətli əsər Azərbaycan dilində

📅 04.01.2018 14:01

Dünya şöhrətli əsər Azərbaycan dilində
"Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər" hərəkatının 17-ci kitabı, çin əslli Amerika yazıçısı Ted Çanın "Sənin həyat tarixçən" adlı povest işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, "Elm və Təhsil" Nəşriyyatında çap olunan kitabın tərcüməçisi və önsözün müəllifi şair-tərcüməçi Səbuhi Şahmursoy, redaktoru yazıçı Cavid Qədirdir.

S.Şahmursoyun sözlərinə görə, elmi-fantastik janrda yazılan “Sənin həyat tarixçən” povesti 1998-ci ildə işıq üzü görüb. 1999-2003-cü illərdə 5 müxtəlif ədəbiyyat mükafatına layiq görülüb:

"Əsər yadplanetli məxluqların dilini öyrənməyə çalışan və bu prosesdə düşüncə tərzinin dəyişdiyini müşahidə edən linqvist qadından bəhs edir. İnsanların istifadə etdiyi xətti yazı sistemi dairəvi yazı sistemi – loqoqramma ilə müqayisə edilərək bunun düşüncə tərzinə necə təsir etdiyi açıqlanır.

Kitabda “Sıfıra bölünmə” adlı novella da yer alıb. Burada isə riyaziyyatın ümumi prinsipləri elə bu elmin qanunları ilə şübhə altına alınır".

Povest əsasında "Arrival" ("Gəliş") filmi çəkilib.

Yaxın günlərdə təqdimatı baş tutacaq kitabın sloqanı belədir: "Gələcəyi xatırlamağa hazırsanmı?".../parafr.az/


Baxış sayı - 1 354 | Yüklənmə tarixi: 04.01.2018 14:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031