23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları günüdür

Milli Kitabxanada növbəti sərgi beynəlxalq kitab və müəllif hüquqları gününə həsr edilib
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan MANERA.AZ-a bildirilib ki, sərgidə Azərbaycan və rus dillərində dünya ədəbiyyatı nümunələrindən seçmələr, müəlliflik hüququ ilə bağlı kitablar və dövri mətbuat materialları nümayiş edilir.
Sərgi bir həftə davam edəcək.