Tərs Qurbağanın nağılı...

Tərs Qurbağanın nağılı
( təmsil )
Qurbağanın qurquru bürümüşdü aləmi...
Elə bil gəlmiş idi onun şairlik dəmi.
Çox dedilər, Qurbağa, beynimizi qoparma,
Bu səsinlə, küyünlə zəhləmizi aparma....
Eşitmədi Qurbağa nə öyüdü, nə pəndi;
Quruldadı qurhaqur, dedi ki, ..söz mənimdi.
Yığışdılar qonşular bu göldə ki nə ki var,
Eylədilər məşvərət, çıxarıldı sərt qərar;
Zəhlətökən Qurbağa gərək çıxsın qırağa,
Onun qurqur səsindən biz düşmüşük yatağa...
Elə bil ki, nohura balaca daş atdılar...
Bundan sonra rahatca yerlərində yatdılar.
***
Ay Qurbağa, bax necə çıxarılır nəticə,
Oturdulur yerində yaramazlar gör necə...
Qərar sənə olsun dərs, bundan sonra olma tərs.
Demə ki həvəs idi....
Həvəs idi ,
olsun bəs...
Nazim Nəsrəddinov