manera.az
manera.az

Şəkərbura ilə çəyirtkənin nağılı- Uşaqlar üçün hekayə

Şəkərbura ilə çəyirtkənin nağılı- Uşaqlar üçün hekayə


Tural İsmayılov
(uşaqlar üçün)

***
Balaca dostumuz yuxudan oyanaraq əl-üzünü yudu. Səhər yeməyi üçün anasının bişirdiyi yumurtanı yedi, bu gün evdə tək qalmışdı. Onun artıq 8 yaşı vardı, evdə tək qalmaqdan qorxmurdu, çünki bilirdi ki, o, gələcəyin kişisidir, evini o qoruyacaq.

Pəncərə açıq qaldığı üçün içəri balaca bir çəyitkə girmişdi. Bayaqdan o tərəf-bu tərəfə qaçan çəyirtkəyə diqqətlə baxırdı. Bilirdi ki, bu balaca çəyirtkə çox ağıllı heyvandır, o, ondan icazəsiz evdən heç nə apamaz, həm də gücü də çatmaz.

Çəyirtkə başını uzadaraq dilləndi:

- Salam, balaca dostum, necəsən?

- Salam, sən də danışa bilirsən. Buna sevindim.

- Bizi onsuz da ancaq balacalar və uşaqlar duyur.

- Hə, mən bir dəfə atama və anama dedim ki, mən həyətdəki pişiklə danışıram, onlar mənə inanmadılar, halbuki, mən heyvanları da, evdəki əşyaları da çox sevirəm, onlarla tez-tez söhbətlər edirəm.

Çəyirtkə balaca dostumuza ac olduğunu söylədi. Uşaq fikirləşdi ki, çəyirtkə həm qonaqdır, həm də acdır, ona nəsə ikram etmək lazımdır.

- Gedək, sevimli və əziz çəyirtkəm, sənə şəkərburamızdan verəcəm bir az, anam bişirib onu.

- Mən onsuz da balacayam, insanlardan fərqli olaraq lazım olanından artığını heç vaxt yemərəm, çox sağ ol qonaqpərvərliyin üçün.

Dostumuz çəyirtkəni çiynində oturtdu, bir yerdə mətbəxə keçdilər. Ehmalca anasının bişirdiyi şəkərburalar olan səbəti qaldırdı.

- Salam, şəkərburalar, bu gün bizim evimizə çəyirtkə qonaq gəlib, o, acdır, siz onu doyurmaq üçün kömək etməlisiz ona.

Şəkərbura səbətində ən qabaqda dayanan toppuş şəkərbura dedi:

- Xoş gəlmisən, çəyirtkə. İstəsən məni bütöv apara bilərsən.

Çəyirtkə cavab verdi:

- Yox, gözəl şəkərbura. Sən çox böyüksən, mən həm səni apara billmərəm, həm də yesəm, partlayıb ölərəm. Bir də bir şeyi unutma: təbiətdə bərabərlik var, heç bir canlı lazım olanından artığını yemir, hətta oğru kimi insanlar tərəfindən qələmə verilən, evlərə gizlicə girən siçan da qədərindən artığına tamah salmır heç vaxt.

- Onda mən sənə öz qırıntılarımdan verirəm.

Şəkərbura ilə çəyirtkənin nağılı- Uşaqlar üçün hekayə


Çəyirtkə toppuş şəkərburanın qırıntılarından bir az yedi, sağollaşmaq məqamı yetişəndə bir də ətrafa boylandı və dedi:

- Xudahafiz, balaca, mehriban dost. Mən səfərə gedirəm, çox güman ki, bir daha buralara gəlməyəcəm. Unutma ki, sizlər, insanlar ona görə alisiz ki, bizdən üstün sayılırsız ki, sizin şüurunuz var, artıq tamah baş yarar, bunu da sizin atalarınız, ulularınız deyib.

Axşam yemək stolunda anası balaca dostumuzdan soruşdu ki, doymamısansa, sənə bir qab da verim əriştə şorbasından.

Dostumuz təşəkkür etdi və söylədi: “ Biz ona görə insanıq ki, biz şüurluyuq, artıq tamah təbiətdə belə yoxdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30