manera.az
manera.az

Cəlilabad poeziya klubu AYB-nin Lənkəran filialında

Cəlilabad poeziya klubu AYB-nin Lənkəran filialında
Beynəlxalq poeziya günü münasibətilə Novruz bayramı günlərində yeni yaradılmış Cəlilabad poeziya klubu Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran filialının qonağı olub.

MANERA.AZ xəbər verir ki, regionda yaşayıb-yaratmış qələm adamlarının xatirəsinin yad olunduğu tədbiri AYB-nin Lənkəran filialının təmsilçisi Ağamir Cavad açaraq iştirakçıları salamlayıb.

“Bu yaz bir başqa yazdır...” devizi altında keçirilən görüşün ideya müəllifi Qardaşxan Əzizxanlı tədbirin məqsədindən danışıb. Bildirib ki, qarşıdan respublikanın ictimai-siyasi həyatında çox mühüm rol oynayacaq prezident seçkiləri və dövlət səviyyəsində qeyd ediləcək möhtəşəm yubileylər gəlir. Bu ab-hava regionların ədəbi mühitində də hiss olunmaqdadır.

Cəlilabad poeziya klubunun sədri, istedadlı şair Əlizadə Nuri, mətbuat katibi filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, poeziya məsələləri üzrə katib Əlirza Həsrət, ev sahiblərindən yazıçı Qafar Cəfərli, şairlər İslam Rzayev, Balayar Sadiq, riyaziyyat üzrə fəlsəfə doktoru Əlişirin Şükürlü və başqaları çıxış edərək poeziyanın nəzəri məsələlərinə toxunaraq yeni şeirlərini oxuyublar.

Sonda muğam və xalq mahnıları səslənib.

Cəlilabad poeziya klubu AYB-nin Lənkəran filialındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930