manera.az
manera.az

Şeir gecəsi olacaq |MANERA.AZ

📅 07.03.2018 18:30

Şeir gecəsi olacaq |MANERA.AZ
Bakı Yunus Emrə İnstitutu 13 mart 2018-ci il tarixində, saat 19:00 -da, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şeirsevərlərə Azərbaycan və Türkiyə ədəbiyyatından seçilmiş şeirlərdən ibarət "Şair və Vətən" adlı şeir gecəsi təşkil edəcək.

MANERA.AZ xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyatçılar Sahura Quliyeva və prof. Dr. Yaqub Çelik Azərbaycan və Türkiyə şeirlərinin tarixi inkişafı haqqında danışacaqlar.

Gecədə "Vətən, millət eşqi, qəhrəmanlıq, igidlik" mövzularını əhatə edən şeirlər toplusu tanınmış sənətçilər tərəfindən səsləndiriləcək.

Proqramın sonunda Bakı Bələdiyə Teatrının aktyorları tərəfindən hazırlanmış tamaşa nümayiş etdiriləcək.

Gecədə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, millət vəkilləri, mədəniyyət, ədəbiyyat adamları və media nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, həyata keçirilən proqram iki ölkə arasında mədəni bağları gücləndirmək məqsədi daşıyır.

Tədbirə bütün ədəbiyyatseverlər dəvətlidir.

Şeir gecəsi olacaq |MANERA.AZ


Baxış sayı - 1 752 | Yüklənmə tarixi: 07.03.2018 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031