manera.az
manera.az

İtaliyalı şairin "Xocalı" şeiri

📅 26.02.2018 09:37

İtaliyalı şairin "Xocalı" şeiri
Bu gün Xocalı soyqırımından 26 il ötür.Manera.az italiyalı bəstəkar və şair David Qualiterinin "Xocalı" şeirini təqdim edir:

XOCALI

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Çevirəni: Qulu AĞSƏS

Sətri tərcümə: Mais NURİYEV
İtaliyadakı «Azəri» Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti.

/"525-ci qəzet"/


Baxış sayı - 2 012 | Yüklənmə tarixi: 26.02.2018 09:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031