manera.az
manera.az

Milli Kitabxanada Hindistan səfiri ilə görüş

Milli Kitabxanada Hindistan səfiri ilə görüş
Dekabrın 13-də Hindistanın ölkəmizdəki səfiri Sancay Rana Azərbaycan Milli Kitabxanasını ziyarət edib.

MANERA.AZ xəbər verir ki, Milli Kitabxananın direktoru Kərim Tahirov qonağı salamlayaraq, bu sahə üzrə əməkdaşlıq haqqında fikirlərini bölüşmüş, Hindistan Milli Kitabxanası ilə əlaqələrin vacibliyindən danışıb.

Səfir Milli Kitabxanada olmaqdan məmnunluğunu bildirib, Azərbaycan və Hindistan arasındakı əlaqələrdən danışıb və Atəşgah məbədinin ortaq mədəniyyətə sahib olduğumuzu göstərdiyini qeyd edib. Qonaq öz ölkəsinin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı nəşrlərdən Milli Kitabxanaya hədiyyə edəcəyini və Milli Kitabxanada Hindistana dair ədəbiyyatın daha da zənginləşdirilməsinə çalışacağını bildirib. O, Hindistanda fəaliyyət göstərən Müəllimlərin Tədris və Araşdırma Milli Texniki İnstitutu barəsində məlumat verib, Milli Kitabxananın işçilərini də həmin kurslarda iştiraka dəvət edib. Səfir böyük hind ədibi Rabindranat Taqorun 150 illiyilə əlaqədar nəşr olunmuş kitabı Milli Kitabxanaya hədiyyə verib. K.Tahirov isə "Milli Kitabxana. Fotoalbom" (Azərbaycan, rus və ingilis dillərində), "Azərbaycan musiqi alətləri" (Azərbaycan və ingilis dillərində) kitablarını və Azərbaycan xəritəsini qonağa bağışlayıb.

Daha sonra səfir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana" ilə tanış olub, bu təcrübənin çox kreativ bir layihə olduğunu xüsusi vurğulayaraq, "Xatirə kitabı"na ürək sözlərini yazıb.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031