manera.az
manera.az

525-ci qəzet-Sözün işığında

525-ci qəzet-Sözün işığında


“525-ci qəzet” ilk sayından oxucuların ürəyinə yol tapa bildi və öz gəlişilə qəzet dünyasına yeni nəfəs, yeni ruh gətirdi. Az müddət içərisində fəhlənin də, alimin də, sürücünün də, nazirin də doğmasına çevrilən “525-ci qəzet” ilk, kövrək addımlarını uğurla, ümidlə, inamla atdı və öz siması ilə, tutduğu mövqe ilə yüzlərlərlə qəzetlərdən seçildi və öz yoluyla getməyə başladı. Bu qəzetin getdiyi yol- ədəbiyyat yoludu, haqq yoludu, millət yoludu... Bu yol həm də vətəni, xalqı sevənlərin yoludu, Azərbaycanı ürəkdən sevənlərin yoludu.
Aylar, illər ötdü. “525-ci qəzet” dönüb arxaya baxanda özünün on minlərlə oxucusunu gördü. Bu, “525-ci” lərin böyük qələbəsi idi. Bu qələbəni təntənə ilə qeyd edən təkcə qəzet əməkdaşları deyil, bütün Azərbaycan xalqıdı, Azərbaycan ziyalılarıdı, sadə peşə adamlarıdı, müəllimlərdi, tələbələrdi. Bir sözlə, ürəyi Vətən eşqilə döyünən Azərbaycan vətəndaşlarıdı.
“525-ci qəzet”i zəmanə yaratmadı, bu qəzeti xalqımızın ziyalı oğlu Rəşad Məcid yaratdı, Rəşad Məcidin əqidə dostları yaratdı və ərz elədiyim kimi, qəzet özünün ilk sayından qaranlıqda şimşək yaratdı, eşitmədiklərimizi bizə eşitdirdi, görmədiklərimizi bizə göstərdi, nə etməli olacağımızı bizə başa saldı, əlimizdən tutub bizi özüylə uzaqda görünən işığa doğru aparmağa başladı.
“525-ci qəzet” bir ışıq kimi doğuldu. Vətənsevərlər, müstəqil Azərbaycanın inkişafı və möhkəmlənməsi üçün köməyini, bacarığını əsirgəməyənlər, bu qəzetin işığına üz tutdu və “525” in işığında üzü gələcəyə doğru getməyə başladılar. O vaxtdan 25 il ötüb keçir. 25 ildir ki, qəzet öz müdrik sözünü deyir, öz maarifçilik işini uğurla davam etdirir, insanlarımızın mənəvi dünyasının zənginləşməsində, onların informasiya ilə təmin olunmasında, intellektual səviyyələrinin daha da yüksəlməsində mühüm rol oynayır. Gənclərin də, ağsaqalların da, fəhlənin də, alimin də, akademikin də sevə-sevə oxuduğu “525-ci qəzet” Vətən üçün, millət üçün o qədər gərəkli işlər görüb ki, heyrətlənməyə bilmirsən. 25 ildə özü bir məktəb yaradan, “Əkinçi” kimi, “Azərbaycan” kimi nəhəng qəzetlərin sırasında yer alan, daha uzaq gələcəyə baxan, yüz yaşında da xalqa xidmət etməkdən yorulmayacaq “525-ci qəzet” in işığından hamıya pay düşüb və hamı bir ağızdan fəxrlə, qürurla deyə bilər ki, “525-ci qəzet” mənim qəzetimdir, bu, adi kütləvi informasiya vasitəsi deyil, bu, doğru yol göstərən mayakdır, qaranlığı işıqlandıran söz işığıdır, yaddaşımızı təzələyən, qəlbimizi nura bələyən, gözümüzə işıq, ürəyimizə toxtaqlıq verən “sehirli bir çıraqdır”.
Hər kəsin arzusu, öyrənə biləcəyi, oxumaq istədiyi bu “çıraqdır”. Yetər ki, bu “çırağı” əlinə götürüb, gözdən keçirəsən, o zaman istədiyin mövzüda yazı tapıb oxuya bilərsən. Bu, həqiqətdir. O da həqiqətdir ki, “525” xalqın qəzetidir; xalqın qəzeti olduğuna görə də ürəyə xoş gəlir, ruha mənəvi qida verir. Xalqa söykənən, öz gücünü xalqdan alan, xalqın taleyüklü məsələlərində yaxından iştirak edən bu qəzetin- 25 yaşlı müdrik qəzetin keçdiyi yol tarixi bir yoldur. Bütün maneələri qətiyyətlə dəf edərək bu günku günümüzə gəlib çatan, öz tarixi missiyasını şərəflə yerinə yetirən, mətbuatın inkişafında böyük xidmətləri olan, eləcə də Azərbaycan mətbuatının simasını əks etdirən “525-ci qəzet” , həm də bizim müstəqilliyimizin tarixidir. Azərbaycançılıq xəttini uğurla davam etdirən, öz oxucu auditoriyasını gündən-günə, aydan-aya daha da genişləndirən, milli mətbuat salnaməmizdə özünəməxsus mövqe qazanan “525-ci qəzet” 25 illik fəaliyyəti dövründə hər gün zövqlü, dünyagörüşlü oxucularla təmasda olmuş, insanların maariflənməsi, milli şüurun inkişafı yolunda böyük uğurlara imza atmışdır.
İnformasiya operativliyi, dəqiqliyi, etibarlılığı, dövlətçiliyimizə, vətənpərvərlik hissinin gənclər arasında aşılanmasında müstəsna xidmətləri olan “525-ci qəzet” bu gün yeni jurnalistika məktəbinin modern nümunəsi kimi dəyərləndirilə bilər.
Ölkəmizin ictimai-siyasi həyatında, mətbuat dünyasında öz yeri, mövqeyi olan “525-ci qəzet” in mövzü dairəsi olduqca geniş və əhatəlidir.
Qəzetin şənbə sayı da mövzüların rəngarəngliyin, miqyasının genişliyinə görə daha çox fərqlidir. İstedadlı qələm adamları bu qəzetinsəhifələrində öz yazılarını çap etdirməyə can atırlar. Bu, təbiidir. Axı, “525”in aynasında kim öz yazısını görmək istəməz? “525” həm də tarix yaradan qəzetdir. Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında baş verənlər qəzetinsəhifələrində öz əksini tapmaqdadır. 50 ildən, 100 ildən sonra XX əsrin 90-cı illərindən bu yana cəmiyyətimizdə baş verən olayları, yenilikləri, qüdrətli Azərbaycan dövlətinin uğurlarını, nailiyyətlərini, ölkəmizdə, eləcə də dünyada baş verənləri məhz bu qəzetin səhifələrində axtarıb tapmaq mümkün olacaqdır. “525-ci”lərin əldə etdiyi nailiyyətlər çoxdur, lap çoxdur. Saymaqla, bitib-tükənəsi deyil. Bəli, “525” in aynasında ötən 25 ili günbəgüngörmək mümkündür. Bu da peşəkar redaktor, tanınmış publisist-yazıçı, şair, dəyərli ziyalı Rəşad Məcidin yüksək qəzetçilik bacarığından irəli gəlir. Gözəl jurnalist ailəsi yaradan, yaratdığı kollektivlə birgə son dərəcə lazımlı olan qəzet nəşr edən Rəşad Məcidi “525-ci qəzet” siz, “525-ci qəzet” i isə Rəşad Məcidsiz təsəvvür eləmək mümkün deyil. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaqdır. Bu gün “Əkinçi” qəzeti deyəndə Həsən bəy Zərdabi yada düşürsə, 100 ildən, 150 ildən sonra da “525-ci qəzet” deyənd Rəşad Məcid yada düşəcək. Bu Həsən bəy Zərdaqbinin də, Rəşad Məcidində tale xoşbəxtliyidir.

Tural Cəfərli
yazıçı, jurnalistБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930