manera.az
manera.az

Dünyada ilk qəzet | MANERA.AZ

📅 13.11.2015 10:45

Dünyada ilk qəzet | MANERA.AZ

Qəzeti qədim romalılar ixtira ediblər. Hələ eramızdan əvvəl II əsrin ortalarında Əbədi şəhərin (Romanı belə adlandırırlar) küçələrində qəzet satıcılarının uca səsləri eşidilirmiş: “Acta populi diurna”, yəni “Xalqın gündəlik işləri”.

Roma qəzetləri hadisələrin xronikasının yazıldığı taxta lövhəciklərdən ibarət olub. Yuli Sezar senatın iclasları, sərkərdələrin məlumatları və qonşu dövlətlərin hökmdarların məktubları barədə hesabatları məcburi şəkildə yaymağa göstəriş verməyənə qədər həmin məlumatlar, əsasən, qeyri-rəsmi xarakter daşıyıb.
Dünyada ilk qəzet | MANERA.AZ
Qəzetlərin müasir görünüşü XVI əsrdə formalaşıb. Adını “gazzetta” adlı xırda italiyan sikkəsindən götürən “qəzet” anlayışının özü elə həmin dövrdə məişətə daxil olub. Venesiyada xəbər vərəqəsinə görə adətən gazetta ödəyirmişlər.

Hesab olunur ki, informasiya agentliklərinin timsalı olan informasiyanın toplanması üzrə ilk bürolar və “xəbər yazanlar” peşəsi məhz bu şəhərdə yaranıb.

Jurnalistlər çap texnologiyasını dərhal qiymətləndiriblər və bizə yaxşı tanış olan xüsusiyyətləri mətbuata gətiriblər. 1657-ci ildə İngiltərədə çıxan qəzetlərin birində ilk reklam təklifi dərc olunub, tezliklə II Karl sevimli itinin itməsi barədə şəxsi elan yerləşdirib, yarım əsr sonra isə Daniel Defo həftəlik “Dövlət işlərinin xülasəsi” qəzetini təsis etməklə, siyasi jurnalistikanın əsasını qoyub.


Baxış sayı - 6 481 | Yüklənmə tarixi: 13.11.2015 10:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031