manera.az
manera.az

“Ozan” elm və sənət toplusu nəşrə başladı

“Ozan” elm və sənət toplusu nəşrə başladı
Dekabrın 25-də Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov ozan sənətinin tarixindən, bu toplunun aşıq yaradıcılığının elmi tədqiqində xüsusi rol oynayacağından danışıb. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev kitabın təqdimatının təşkilindəki dəstəyə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycan Aşıqlar Birliyini toplunun tərtibi və nəşri münasibətilə təbrik edib.

Toplunun baş redaktoru Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Ulu öndər Heydər Əliyevin ozan-aşıq sənətinə qayğısından, milli mədəniyyətimizin mühüm hissəsi kimi inkişafındakı rolundan, Prezident İlham Əliyevin mənəvi dəyərlərimizin qorunması naminə fəaliyyətindən danışıb. O, Mədəniyyət və Turizm Nazirliyinə aşıq yaradıcılığına həssas yanaşdığına, tədbirlərin keçirilməsinə verdikləri dəstəyə görə minnətdarlığını bildirib. Azərbaycan Aşıqlar Birliyi tərəfindən elmi-tədqiqat yönündə aparılan işlərdən, silsilə kitabların nəşrindən, gələcək istiqamətlərindən söz açan M.Qasımlı qeyd edib ki, professional səviyyədə yazılmış məqalələri əks etdirən bu toplunun nəşri olduqca əhəmiyyətlidir.

Professor Şirindil Alışanlı toplunun redaksiya heyətinin üzvü kimi Aşıqlar Birliyinin aşıq yaradıcılığının elmi-metodik, tədqiq və təbliğ mərkəzi kimi fəaliyyətindən danışıb, toplunun ildə bir deyil, iki dəfə nəşrinin vacibliyini vurğulayıb. O, Milli Kitabxananın son illərdəki fəaliyyətini də yüksək dəyərləndirib və tədbirin təşkilinə görə rəhbərliyə təşəkkürünü bildirib.

Professor İsmayıl Məmmədli, tanınmış aşıqlar Ulduz Quliyeva və Solmaz Kosayeva, professor İradə Köçərli, musiqişünaslar Kamilə Dadaşzadə və Mübariz Əliyev, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və başqaları milli mənəvi ruhu özündə əks etdirən toplunun nəşrinin aşıq sənətinə mühüm töhfə olduğunu deyərək bu istiqamətdəki irəliləyişlərdən danışıblar.

Tədbir bədii hissə ilə davam edib, aşıq Gülarə Azaflının rəhbərliyilə “Çeşmə” folklor qrupu, aşıq Altay Məmmədli, Gözəl Kəlbəcərli, Əli Tapdıqoğlu və Samirə Əliyevanın ifasında mahnılar səslənib.

Sonda tədbir iştirakçıları aşıq yaradıcılığından bəhs edən geniş kitab sərgisi ilə tanış olublar.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31