manera.az
manera.az

"Azərbaycan"ın dekabr sayı

📅 15.12.2017 19:34

"Azərbaycan"ın dekabr sayı
Bu günlərdə "Azərbaycan" jurnalının dekabr sayı işıq üzü görüb.

Poeziyasevərlər jurnalın bu sayında Barat Vüsal, Ramiz Rövşən, Ağacəfər Həsənli, Valeh Bahaduroğlu, Xəyal Rza, Rəfiqə Şəms, Nazim, Zahid Avşar Eloğlu, Böyüş Yaquboğlu, Qəşəm Nəcəfzadə, Mir Sabir, Vaqif İsaqoğlu kimi müəlliflərin şeirləri ilə tanış ola bilərlər.

"Azərbaycan" jurnalında həmçinin Əli Əmirlinin "Ah, bu uzun sevda yolu (iki hissəli tale dramı), Qan Turalının "Qabaqda gedən zəncirli (dəlilər üçün mərəkə)" əsərləri işıq üzü görüb.

Jurnalın Azərbaycan Xalq cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bölümündə Bədirxan Əhmədlinin "Cümhuriyyətin üçlü formulu..." (sonu) dərc olunub.

Qonaq otağı rubrikasında Fuad Vəliyevin "Nikbin olmaq istəyirəm...” yazısı, eyni zamanda İlham Rəhimlinin "Dahiliyin zirvəsi", Qurban Bayramovun "Öz yaradiciliq iqlimi olan yazıçı" "Yusif Həsənbəyin 85 yaşı münasibətilə), Günay Qarayevanın "Uşaqlar üçün yazmağın məsuliyyəti" kimi yer alıb.

Təranə Vahidin "Qripin olmadığı yer, Vüqar Haqverdiyevin "Sehirli tütək", "Uçan fincanlar " hekayələri də oxuclara təqdim edilir.

Jurnalın tənqid və ədəbiyyatşünaslıq hissəsində Elçin "Söz azadliği tənqidimizə nə verib?", Vaqif Yusifli "Üç hekayəçi" ilə çıxış edib.../trend.az/


Baxış sayı - 1 654 | Yüklənmə tarixi: 15.12.2017 19:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031