manera.az
manera.az

İlqar Rəsulun romanı çıxdı

📅 03.12.2017 22:42

İlqar Rəsulun romanı çıxdı
Tanınmış jurnalist, yazıçı, APA TV-nin əməkdaşı İlqar Rəsulun romanı çap olunub.

Müəllifin sözlərinə görə, "Getmə” adlanan roman adi həyat yaşayan insan taleləri haqqındadır və qəhrəmanları ütüsüz, təbii, olduğu kimidir.

Real həyat və xatirələr üzərində qurulan süjet xətti boyu bir insan hamını tərk edir, bir xanım onun axtarışına çıxır.

"Romanın əsas mahiyyətində insanın psixoloji durumu, yaşadıqları, həyata, zamana münasibəti durur” – deyə müəllif bildirib.

Əsərin bir orijinallığı da var: qəhrəmanlar müəllifdən asılı deyillər, azaddırlar, istədiklıəri vaxt ciddi və qeyri-ciddi ola bilirlər. İnsan həyatla oynadığını düşünürkən həyatın onunla oynadığı bəlli olur.

MANERA.AZ


Baxış sayı - 1 341 | Yüklənmə tarixi: 03.12.2017 22:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930