manera.az
manera.az

Al Bano Karrizi: Azərbaycan mədəniyyəti olduqca zəngindir

📅 01.12.2017 12:00

Al Bano Karrizi: Azərbaycan mədəniyyəti olduqca  zəngindir
Azərbaycan ilə bağlı yüksək səviyyədə təşkil olunan festivalda iştirak etmək mənə xüsusi zövq bəxş etdi. Bu gün biz Azərbaycanı fərqli tərəfdən də tanımaq şansı qazandıq. Azərbaycan mədəniyyəti və mətbəxi olduqca qədim və zəngindir.

Bu fikri məşhur italiyalı estrada müğənnisi və bəstəkarı Al Bano Karrizi bu ölkədə təşkil olunan birinci Azərbaycan Mətbəxi Festivalının açılış mərasimində deyib.

Azərbaycanın unikal mədəniyyətini, multikultural dəyərlərini bütün dünya ilə paylaşmağa çalışdığını vurğulayan Al Bano deyib: “Düşünürəm ki, dini, milli zəmində münaqişələrin sürətlə artdığı bir dünyada Azərbaycanın dialoq və mədəni dəyərlərin mübadiləsi təşəbbüsləri olduqca aktualdır. Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin zənginliyi məni valeh etdi. Mən üç ay əvvəl Bakıda olmuşam. Azərbaycan xalqının qonaqpərvərliyini öz gözlərimlə görmüşəm. Şərq və Qərb dəyərlərini eyni zamanda yaşadan Bakı məndə unudulmaz təəssürat yaratdı. Yenidən bu unikal şəhərə səyahət edəcəyəm”.

Qeyd edək ki, İtaliyada birinci Azərbaycan Mətbəxi Festivalı Romadakı “Baglioni Hotel Regina” mehmanxanasının “Brunello” restoranında açılıb.


Baxış sayı - 959 | Yüklənmə tarixi: 01.12.2017 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031