manera.az
manera.az

"İçəri şəhər" filmi Beynəlxalq festivalda

"İçəri şəhər" filmi Beynəlxalq festivalda
"İçəri şəhər" bədii filmi Çinin Fuçjou şəhərində keçirilən IV "İpək Yolu" Beynəlxalq Film festivalında iştirak edir.

MANERA.AZ xəbər verir ki, festival qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri, xüsusən də kino istehsalı əməkdaşlığını genişləndirmək məqsədi daşıyır. Noyabrın 28-də festivalın möhtəşəm açılış mərasimi keçirilib. Mərasimdə "İçəri şəhər" filminin yaradıcı heyətindən quruluşçu rejissor İlqar Safat və baş rol ifaçılarından Mehriban Zəki festivalın yaradıcı heyətinə təşəkkür edib, uğurlar arzulayıblar.

Rejissor İlqar Safatın psixoloji dram janrında çəkdiyi "İçəri şəhər" filmi gənc qızın orta yaşlı Qarabağ müharibəsi veteranı ilə sevgisindən bəhs edir. Onları bir-birinə klassik musiqi, incəsənət və saf duyğular birləşdirir. Lakin bu sevgi başda gənc qızın ailəsi olmaqla bütün cəmiyyətin qınağına tuş gəlir.

Əməkdar artist Mehriban Zəkinin canlandırdığı Səbinə, qızının taleyi uğrunda vuruşan, onun xoşbəxtliyi üçün əlindən gələni edən, övladını onun özündən belə qorumağa çalışan anadır. Bütün analar kimi övladının gələcəkdə ağrı-acı çəkməsini istəməyən Səbinə də qızını özündən yaşca çox böyük biri ilə deyil, daha gənc oğlanla evləndirmək istəyir. Bütün problemlər də burdan başlayır.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri T.Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları T.Rafaella, Firdovsi Atakişiyev, M.Zəki, Elmira Şabanova, Anar Xəlilov və digərləri canlandırıblar.

"İçəri şəhər" filmi indiyə qədər Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr", Türkiyənin 5-ci "Van gölü", ABŞ-ın 50-ci "Worldfest Houston", Hindistanın 21-ci Kerala da daxil olmaqla səkkiz Beynəlxalq Film Festivallarında ölkəmizi təmsil edib və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

IV "İpək Yolu" Beynəlxalq Film festivalı dekabrın 3-dək davam edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031