manera.az
manera.az

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi

📅 27.11.2017 13:01

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi
Noyabrın 26-sı “Kitabsevərlər” qrupunun idarə heyəti və Təhsil İnstitutun əməkdaşları Səbail rayonu 163 nömrəli orta məktəbinin 8-ci sinif şagirdləri ilə C.Məmmədquluzadənin “Anamın kitabı” pyesinin müzakirəsini keçirib.

Qrupun rəhbəri Rəşad Babalı deyir ki, tənqidi ədəbiyyatımızın klassiklərini öyrənmək XXI əsr gənci üçün vacibdir. Bu sarıdan XX əsrin əvvəllərində yaşayıb-yaratmış C.Məmmədquluzadənin əsərləri birinci gəlir. Ona görə də məktəb rəhbərliyinin təklifini sevərək qəbul edəndə “Anamın kitabı” pyesini seçdik.

Qrupun təsisçilərindən biri Fariz Bayramov da müzakirədən zövq aldığını vurğulayıb:
“Belə müzakirələrdə iştirak etmək hamıdan çox özümüzə stimul verir. Ümumiyyətlə, hər hansı bir kitabın azyaşlı insanlarla müzakirəsi insanı gələcək fəaliyyət üçün ruhlandırır. 8-ci sinif şagirdləri olmalarına baxmayaraq, pyesi diqqətlə oxuyan və fikirlərini səlis ifadə edən bu balaca kitabsevərlər ümumi ideyanın xeyrinə xeyli məsələlərə toxundular. Maraqlı məqamları müzakirə etdik. Qarşıdakı həftələrdə də başqa məktəblərdə bu cür görüşlər keçirmək təklifi almışıq. Ümid edirik ki, irəlidə bizi yenə bu cür maraqlı müzakirələr gözləyir”.
“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi
Təhsil İnstitutunun əməkdaşı İlahə Eldarqızı isə deyir ki, bu cür müzakirələr şagirdlərin ümumi dünya görüşündə əhəmiyyətli rol oynayır.
“Müəllimlərin məsuliyyət nümayiş etdirməsi ən vacib məsələdir. Bu görüşdə sinif müəllimlərinin necə təcrübəli olduğunu və öz işinin öhdəsindən necə məharətlə gəldiklərini gördük. Belə müəllimlər timsalında təhsilimizin gələcəyinə ümid bəsləyirik. Əlbəttə ki, bir sıra problemləri də müəllim heyətilə müzakirə etdik”.
“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi
Qeyd edək ki, feysbuk sosial şəbəkəsində ən böyük kitab təbliğatı qrupu olan “Kitabsevərlər” qrupu artıq neçənci dəfədir müxtəlif məktəbin şagirdləriylə bədii əsərlərin müzakirəsini keçirir.


Baxış sayı - 1 863 | Yüklənmə tarixi: 27.11.2017 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031