manera.az
manera.az

Aktyorumuz beynəlxalq festivalda diplom qazandı

📅 01.11.2017 18:36

Aktyorumuz  beynəlxalq festivalda diplom qazandı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Şövqi Hüseynov Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, Əməkdar Artist festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. Aktyor festivalda “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.

Qeyd edək ki, festivalda ABŞ, Rusiya, İtaliya, Fransa, Moldova və digər ölkələrin də teatrları iştirak edib.

Aktyorumuz  beynəlxalq festivalda diplom qazandı


Baxış sayı - 1 150 | Yüklənmə tarixi: 01.11.2017 18:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930