manera.az
manera.az

Müstəqillik Günü LDU-da bayram aurası yaratdı

📅 19.10.2017 12:07

Müstəqillik Günü LDU-da bayram aurası yaratdı
Azərbaycanın Dövlət Müstəqilliyi Günü LDU-da bayram kimi yaşandı.

18 oktyabr –Azərbaycanın Dövlət Müstəqilliyi Gününün bayram sevincini LDU ailəsi birgə paylaşıb. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən bayram tədbiri Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb.

Rəsmi hissədə LDU-nun baş müəllimi,tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı geniş məruzə edib. 18 Oktyabr tarixini Azərbaycan xalqının şərəf və şöhrət salnaməsi adlandıran,dünyada yaşayan onlarla xalqın bu gün də müstəqil dövlətlərinin olmadığını,hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin bayrağı altında yaşayıb işləməyin səadət olduğunu deyən Kamal Mahmudov xalıqımızın azadlıq mücadiləsində üzləşdiyi çətinliklərdən,gərgin mübarizədən ,tökülən qanlardan ətraflı söz açıb,müstəqil dövlətimizin keşiyində dayanmağı hər bir azərbaycanlının şərəf işi adlandırıb, ən ali vətəndaşlıq borcu kimi dəyərləndirib.

Rəsmi hissədən sonra Lənkəran Dövlət Universitetinin professor-müəllim –tələbə heyəti birgə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hafiz Mirzənin “Ay Lolo və ya Moskvalı gəlin “ iki hissəli komediyasına tamaşa ediblər.

Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları respublikanın əməkdar artistləri SucəddinMirzəyev, Adil Zeynalov,artistlərdən Səyad Əliyev,Təranə Fərəcova,Şəbnəm Hüseynova və başqaları ifa ediblər.Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb və aktyorlara təzə-tər çiçəklər təqdim edilib.

Sonda LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov maraqlı tamaşaya və gözəl aktyor oyununa görə teatr kollektivinə minnətdarlıq bildirib.

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.


Müstəqillik Günü LDU-da bayram aurası yaratdı


Baxış sayı - 1 933 | Yüklənmə tarixi: 19.10.2017 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031