manera.az
manera.az

Mən başa düşdüm ki... MANERA.AZ

Mən başa düşdüm ki...  MANERA.AZ
Fərid Emirzadə

"Yuxu"
(hekayə)

Qaranlıq otağın, soyuq divarları arasında yorulmuş, taqətdən düşmüş, bədənim qıvrılmış halda yerdə uzanmışdı. Pəncərədən içəri əsən külək otağı soyudur, saçlarımı dalğalandırırdı. Artıq bir neçə saatdır donmuş bədənimi seyr edir, yuxumda necə göründüyümə baxırdım. Açıq qalan pəncərənin taqqıltısı, bir tərəfdən, küləyin vıyıltısı digər tərəfdən məni düşünməyə qoymurdu... Düşünmək? Axı mən yatmışam...

Məgər yatdığım halda düşünə bilərəmmi? Axı pəncərənin taqqıltısı mənə maneə olur. Görən kim pəncərəni açıb? Kim mənim donmağımı istəyir? Bəlkə özüm açmışam, axı niyə?... Əgər pəncərəni açacaq qədər taqətim olsaydı, burdan qaçardım. Axı hara? Çöldə hər yer ağaclıqdı, meşədi... Tülkülərlə, çakkallarla dolu meşə. Bayquşların səsindən qulaqların batdığı, İtlərin hürməsindən canavarların qorxduğu meşə...

Əllərim donur..! Açıq qalan pəncərədən əsən külək, əllərimi dondurur. Arabir bədənimdə ağrılar, sızıldamalar hiss edirəm. Bəlkə də bu beynimin mənə oynadığı bir oyundur. Şüuraltıma yeridilmiş bir siqnaldır... Budur, artıq yavaş-yavaş oyanıram. Ola bilməz! Mən əllərimi hiss etmirəm. Bədənim agrıyır!

Birdən yorğun bədənim, qollarımdan yerə doğru axan isti qanı hiss etdi. Gözlərim pəncərəyə sataşdı. Sən demə bayaqdan açıq sandığım pəncərə, qırılıbmış. Birtəhər ayağa qalxdım. Pəncərənin qırıqları ayağımın altında əzilir, ayağımı qanadırdı. Ayaq üstə güclə dururdum. Pəncərəyə yaxınlaşdım. Göyün üzərindəki ay, sakitcə axan çayın üzərində əks olunurdu. Külək isə dayanmadan əsir, sanki ağacları yerindən çıxarmağa çalışırdı. Pəncərədən baxdıqca artıq hər şey yadıma düşməyə başladı. Bir neçə saat bundan əvvəl meşədə idim, bura nəyə görə gəldiyim yadıma düşmür. Birdən çaqqallar üstümə hücüm çəkdi. Heç bir köməyim olmadığından, qaçmağa başladım. Uzun müddətdən sonra qarşıma bu ev çıxdı. Gəldiyim sürətlə tullanaraq, pəncərəni qırdım. Pəncərənin şüşələri qollarımı kəsmişdi. Çaqqallardan canımı qurtardım, amma çox qanım axtığından, huşumu itirdim. Gözlərimi açdıqda bura necə düşdüyümü xatırlamırdım. Sanki ayın işığı, küləyin səsi mənə hər şeyi bir andaca xatırlatdı.
Çevrilib otağa göz gəzdirdim. Otaqda heç bir şey yox idi. Sadəcə, köhnə bir qapı və üzərində böyük bir kilid var idi. Qapıya yaxınlaşıb, açmağa çalışdım. Amma taqətim qalmamışdı. Divara söykənib, bir xeyli fikrə daldım.

Həyat kimi soyuq olan bu otağın, divarları arasındaca öləcəyim ağlıma gəlməzdi. Dəqiqələr keçdikcə daha çox qan itirirdim. Artıq üşüməyə başlamışdım. Hər dəfə tərpəndikcə, bədənim öz-özünə kilitlənirdi. Yarım saatdan sonra hərəkətsiz halda oturub, pəncərəyə baxırdım. Birdən səmadakı quş diqqətimi cəlb etdi. O, sürətlə qanad çırparaq pəncərəyə qondu. Gözlərimi güclə quşa zilləmişdim. O qədər halsız idim ki, gözlərim istər-istəməz yumulurdu. Bəyaz rəngli quş uçaraq, otaqda bir dövrə vurdu. Sonra düz mənim yanıma qondu. Mən isə gözlərimin arasıyla quşa baxır, öz-özümə gülümsəyirdim. Qanlı əllərimlə quşun başına bir sığal çəkdim. Sanki quş bunu gözləyirmiş kimi birdən hərəkət edib, uçmağa başladı. Pəncərəyə yaxınlaşmışdı ki, dimdiyindən yerə bir şey atıb getdi. Halsızlıqdan hərəkət edə bilməyən qollarımla, bədənimə təkan verərək sürünə-sürünə ora tərəf getdim. Yerdə bir şey parıldayırdı. Mən ora yaxınlaşıb, qızılı rəngdə bir açarı əlimə aldım. Elə həmin an çevrilib böyük kilidli qapıya tərəf, sürünməyə başladım. Qapıya yaxınlaşıb, çətinliklə kilidi açdım. Amma qapı açılmırdı. Birtəhər ayağa qalxıb, bütün gücümlə qapını azca araladım. Qapıdan içəri bir işıq dolmağa başladı. Qapını tam açıb, içəri daxil oldum. İşıq gözlərimi qıcıqlandırırdı. Bir tərəfdən şəlalə səsi, digər tərəfdən quşların cəh-cəhi eşidilirdi. Bayaqkı bəyaz quş çiynimə qondu. Bədənimdəki bütün ağrılar, sızıldamalar, bir andaca keçdi. Bu cənnət kimi yerdə gəzməyə başladım. Şəlalənin bir kənarında oturub əl-üzümü yudum. O qədər yorulmuşdum ki, başımı daşa qoyaraq, yuxuya getdim. Ayılanda öz otğımda idim. Əlimdə qələm və bir kağız.

Mən sonra başa düşdüm ki, yuxu insanın həyatında olamamış və ya olmayacaq hadisələrdən ibarət deyil. Yuxu sadəcə insanın başına gələn hadisələri bir film kimi canlandırmaqdır.

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031