manera.az
manera.az

İnsanı cavan və sağlam saxlayan qidalar

Onlar hipertoniya, piylənmə, diabet kimi orqanizmi korlayan bütün xəstəliklərin riskini azaldır. Əsas odur ki, gündəlik qida rasionuna tərəvəzlər, zülallar, doymamış yağlarla, liflər, vitamin və antioksidləşdiricilər daxil edilsin.

İnsanı cavan və sağlam saxlayan qidalar
Mütəxəssislər Brüssel kələmini siyahıya daxil edərək onun xərçəng riskini azaltdığını qeyd edirlər. Prinsipcə, onu brokkoli, ağ baş kələm və ya rəngli kələmlə də əvəz etmək olar. Onların hamısı antioksidləşdiricilər, lif, vitamin və minerallarla zəngindirlər. Gün ərzində bu qidalardan ən azı 3-5 porsiya yemək lazımdır.
Daha sonra qızılbalıq (losos) gəlir. Bu balıq zülal və ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyidir. Onu sardina, siyənək, forel və ya paltus balıqları ilə əvəz etmək olar.
İnsanı cavan və sağlam saxlayan qidalar
Üçüncü yerdə, həmçinin zülalla zəngin olan badam qərarlaşıb. Onun tərkibində faydalı yağlar, maqnezium, sink var. Badamı püstə və qozla asanlıqla əvəz etmək mümkündür. Qeyd etmək vacibdir ki, bu məhsullar gündə 25-30 qramdan çox yeyilməməlidir.
Qatıq və kinoa (kinva-yarma) əsl superməhsullardır. Birincisi, kalsium, zülal, D vitamini, probiotik bakteriyalarla zəngindir ki, bu da sümüklər, əzələlər və həzm üçün faydalıdır. Gün ərzində 1-2 porsiya yeyilməlidir. Kinoa, öz növbəsində, orqanizmi sellülozun, kalsium və dəmirin bir günlük norması ilə təmin edir. Və gündə yarım fincan yemək olar.
İnsanı cavan və sağlam saxlayan qidalar
Yaşıl çay özünün unikal xassələri ilə çoxdan məşhurdur. O, güclü antioksidləşdirici və ürək-damar sistemi üçün bir növ xilasdır. Tədqiqatlar göstərir ki, gün ərzində 5 fincan yaşıl çay sağlamlığı həqiqətən möhkəmlədir. Çayla yalnız qaragilə müqayisə edilə bilər. Antioksidləşdirici antosian maddəsi ona xarakterik rəng verir. Buna görə də, ümumiyyətlə, bütün əlvan rəngli giləmeyvələr faydalıdır.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031