Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Seyid Əzim Şirvaniyə həsr olunmuş musiqili-ədəbi gecə keçirilib.Tədbirdə Universitetin professor-müəllim heyətindən Əməkdar artist, Muğam sənəti kafedrasının baş müəllimi Teyyub Aslanov, Xalq artisti, dosent Simarə İmanova, Əməkdar artist, Xalq çalğı alətləri ifaçılığı kafedrasının dosenti Toğrul Əsədullayev, Əməkdar artist, baş müəllim Əliağa Sədiyev və Əməkdar artist, Səhnə danışığı kafedrasının dosenti Azad Şükürov, konsertmeysterlər Emin Mizəyev, Vüsal Qasımov, tələbələr Günay Mehdiyeva, Məftun Səfərli, Rəvan Qaçayev, Xalid İmanov, Ağakərim Abbasov, Aidə Hicran, Sübhan Əhmədov, Mirxədicə Mirzəyeva, Ağaəli Kərimzadə, Aygül Rəcəbli, Novruz Şahverdiyev, Əzizə Həşimova, Əbülfəz İskəndərov, Sona Novruzova çıxış ediblər.
Turan Etibaroğlu
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.