manera.az
manera.az

Tolerantlıq mövzusunda müsabiqə

📅 04.08.2017 15:30


Tolerantlıq mövzusunda  müsabiqə
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi “Xəyal et” Avropa Tolerantlıq Festivalı çərçivəsində Azərbaycanda “Daha yaxşı bir dünya xəyal et” adlı video və foto müsabiqəsini elan edib.

Müsabiqədə 18-30 yaş arası Azərbaycan vətəndaşları iştirak edə bilər. Təqdim edilən foto və videolar tolerantlıq mövzusunu əks etdirməlidir. Fotolar yüksək keyfiyyətli 5 meqabaytdan çox olmamaq şərti ilə, videolar isə 3-5 dəqiqə olmalı və Azərbaycanda çəkilməlidir. Hər iştirakçı eyni vaxtda bir foto və bir video təqdim edə bilər. İşlər sentyabrın 24-dək qəbul olunur.

İlk mərhələdə 25 video və 25 foto olmaqla 50 iş qəbul ediləcək. Münsiflər heyəti tərəfindən 15 video və 15 foto seçilərək festivala təqdim olunacaq. Festivalda bu işlərdən ikisi seçilərək mükafatlandırılacaq. Otuz işin müəllifinə isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən sertifikatlar veriləcək.


Baxış sayı - 1 472 | Yüklənmə tarixi: 04.08.2017 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930