manera.az
manera.az

Elçin Əzizov Böyük Teatrda "Traviata" operasında çıxış edəcək/ MANERA.AZ

📅 18.02.2017 17:03

Elçin Əzizov Böyük Teatrda "Traviata" operasında çıxış edəcək/ MANERA.AZ


Mayın 9-dan 14-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdiyinin "Traviata" operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, mayın 10-da, 12-də və 14-də bu səhnə əsərində Jorj Jermonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.

Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.

MANERA.AZ


Baxış sayı - 1 140 | Yüklənmə tarixi: 18.02.2017 17:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031