manera.az
manera.az

Şuşa Türkiyədə anıldı...

📅 10.05.2017 23:01

Şuşa Türkiyədə  anıldı...
Azərbaycaının Mədəniyyət ocağı olan Şuşa şəhərinə ithaf olunmuş Mədəniyyət tanıtımı proqramı təşkil olunub.

Proqramı Sakarya universiteti Prof. Dr. Muzaffer Elmas öz çıxışı ilə açmış və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, birlik münsaibətindən bəhs etmişdir.

Programa təşrif buyuran rəsmi və müəllim heyyəti, beynəlxalq və yerli tələbələr çox məmnun qalmışlar və dövlət televizyalarına müsahibələrində də məmnunluqlarını dilə gətirmişlər.

Şuşa Türkiyədə  anıldı...

Səhnənin milli atributlar və məişət əşyaları ilə bəzədilməsi 2 saatlıq programa bir daha Azərbaycan ruhunu qatmışdır.

Programda Üzeyir Hacıbəylinin, Mikayıl Müşfiqin həyat və yaradıcılığı, çay , qonaq qarşılama mədəniyyətimiz, Azərbaycan və Türkiyəyə həsr olunmuş rəsm sərgisi, Arşın Malçı operasından səhnələr, Sakarya universitetinin dəstəyi ilə canlı musiqi ifaları, şerlər Qara Qarayevin 7 Gözəl operasından vals rəqsi, eləcə də Uzundərə, Nazeləmə, Ləzginka kimi rəqslər azərbaycanlı tələbələrin ifasında nümayiş etdirilmişdir.

Rahid


Baxış sayı - 1 357 | Yüklənmə tarixi: 10.05.2017 23:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031