manera.az
manera.az

Kişi adı ilə yazan qadınlar - Ayişə Nəbi yazır...

📅 10.03.2017 21:12

Kişi adı ilə yazan qadınlar - Ayişə Nəbi yazır...


Ayişə Nəbi yazır

Bəzən sual verilir ki, niyə tarixdə qadın yazarlar azdır, ya da bəlli tarixdə heç yox kimidir. Cavab qadınların hüququnun olmamasıdır əlbəttə ki. Ancaq bu o demək deyil ki, qadınlar yazmaqdan qorxublar, yox, sadəcə qadınlara elə missiya yükləyiblər ki, onlar yazmağa meyl etməkdənsə, özlərini fədakarlığa həsr edərək yazmaq istəyinin qarşısını almışlar. Tarix isə bir çox dəfə daş-qalaq olan şair qadınları da yazmışdır öz səhifəsinə. Digər tərəfdən qadın yazarların cəmiyyət tərəfindən necə qarşılanacağı bilinirdi və qadın bilirdi ki, onu qınayacaqlar, əxlaqını şübhə altına alacaqlar, cəmiyyətdən kənarlaşdıracaqlar. Ən azından sadəcə qəbul etməyəcəkdilər.Bütün bunlar qadınların yazar olmasınını qarşısını ala bilirdimi, əlbəttə geniş miqyasda alırdı, ancaq tarix istisna olaraq döyüşçü qadınlara şahid olduğu kimi yazar qadınların da cəsarətinə çox dəfə şahid oldu. Bu qadınlardan bəziləri qəbul edilsin və oxunsun deyə kişi adı yazmışdır, bəziləri cəsarət etmədiyi üçün öz adını gizləmişdir, bəzilərinin də özlərinə görə səbəbləri vardır.

… Bill qardaşlar, Luisa May Alkott, Amantine Lusile Avrora Dupin, Mari Ann Evans, Corc Eliot kişi adı ilə yazmış qadınlardır.

Bir kitab çap edilirkən onun ən çox hansı kütlə tərəfindən oxunacağını düşünürlər, bu kütlənin isə, adətən kişilər və gənclərdən ibarət olduğu zənn edilir, bunlar da çox zaman kişi yazarları oxumağa üstünlük verirlər. Çünki düşünürlər ki, əsasən də dedektiv, fantastik və psixoliji əsərləri kişilər daha yaxşı yazarlar, çünki onlar intellektualdırlar.Tarix yazarlara və əsərlərə belə bir qabaqdangəlmiş fikirlə yanaşdığı üçün qadın yazarlar bu tərəfkeş ədəbiyyat meydanına çıxmağa və uğursuzluğa düçar olmağa cəsarət etməyərək başqa bir yol seçmiş və əsərlərini kişi adı ilə çap etdirmişlər. Uğur qazanmışlar. Çünki toplum düşünür ki, qadın sadəcə nağıl və sevgi-məhəbbət yazıları yaza bilər, axı “qadında intellektuallık yoxdur”. Bu saxta fikri cəsarətli qadınlar dəfələrlə alt-üst etdilər və cəsarətlə kişi adı altında öz əsərlərini topluma oxutdurdular .Məsələn, “Ceyn Eyr” və “Uğultulu təpələr” kitablarının yazarları Karrer Bill, Ellis Bellaka Şarlot və Emili Brontö əsərlərini Bill qardaşlar adı ilə çap etdirdilər.

Ceyms Tiptrin Cr. 1970-ci ildə çap etdirdiyi əsərlər maraqla qarşılanıb çox satıldı, lakin 1976-cı ildə onun əsl adının Alisa Şeldon olduğu bilinəndən sonra əsərlərinə maraq azaldı və artıq əvvəlki kimi satılmadı. Niyəsə ədəbiyyatın meyarı kitabın çox satılması ilə ölçülür ki, bu da əsl ədəbiyyata zərər vurur.Bu başqa söhbətdir.Ancaq “Harri Poter”in yazarının qadın olduğu bilinəndə də onun satışları eyni sürətlə davam etdi, çünki onun yazarının Janna Rovlinq olduğu bilinəndə artıq böyük bir kütlə J.K.Rovlinqi sevmişdi və bu dəyişiklik onlara o qədər də təsir etmədi.

“Mallorkada bir qış” əsərinin yazarı Corc Sandaka Amanta Lusila Avrora Dupin (1804-18760 ilk kitabını Yuli Sandeu ilə birlikdə yazaraq Yuli Sand adı ilə çap etdirdi, digər əsərlərini isə Corc Sand adı ilə yazdı.

“Mənim Afrikam”ın yazarı İsak Dinesenin adı Karen Bliksendir. O İsak- ibranicə “çox gülən”, deməkdir deyə seçdim, demişdir, Dinesen isə Dansa-eyni şey mənasındadır

S.E.Hinton, yəni Elois Hinton inkar edilənlərin yazarı idi. Bir gəncin həyatından bəhs edən əsəri bir qadının yazdığını bilsələr onu alıb oxumazlar düşüncəsi ilə adının baş hərflərindən istifadə edərək S.E.Hinton adlandırdı özünü.

Nora Roberts, J.D.Robbaka adı ilə “Ölüm” seriyasını yazdı.Daha sonra isə fantastika və dedektiv romanları yazaraq daha çox oxucu cəlb etmək üçün J.D.Robb adından istifadə etdi.

Dövrünün ən məşhur yazarlarından olan Corc Eliotun (1819-1880) adı Meri Enn-Marian Evans.Tərcüməçi və tənqidçi olaraq yazmağa başlayan Corc Eliot “Adam Bede”, “Silas Marner” “Middlemark”, “Daniel Deronda” və s. romanlarla yanaşı şeirlər də yazmışdır.

Ceyn Ostin (1775-1817) yüksək təhsilli idi, baş qəhrəmanı qadınlar olan romanlar yazarıdır.”Eşq və yaşam”, “Qürur və qərəz” “Mansfild parkı”… romanlarını yazmışdır.

Eyn Rand (1905-1982) əsl adı Alisa Zinovyevna Rozenbaum. Peterburqda doğulan Eyn Rand rus əsilli yazar və alimdir, obyektivçilik fəlsəfəsini yaratdı, o “Yaşamaq istəyirəm”, “Mən”, “Həyatın qaynağı” və s. kitabları ilə məşhur olan yazardır.

Ilk türk qadın romançısı İstanbulda dünyaya gələn, ərəb, fars və fransızca bilən Fatma Aliyə Xanım (1862- 1936) ilk olaraq “Bir qadın” ləqəbi ilə Corc Ohnetin “Meram”adlı əsərini fransız dilindən türkcəyə çevirmişdir.”Refət”,”Udi”, “Muhadarat” və s. romanlarının müəllifidir.Bir müddət mətbuatda başqa adlarla çıxış etsə də “Muhadarat” romanını artıq öz adı ilə çap etmişdir.

Nihal Yeyinobalı, o da Vinsent Evininq adı ilə yazmışdır. Onun başdan ayağa romantikaya həsr olunmuş “Gənc qızlar” romanı olduqca çox satıldı.Əsərdə cəsarətli səhnələr də olduğuna görə yazar fərqli adla çap etdirdiyi romanı ikinci dəfə öz açıq imzası ilə nəşr etdirdikdə belə yenə də çox satıldı.

Qorxu janrında yazan və bir zombi üçlüyü olan “Nevsfliş” əsərinin yazarı Sinan MkGuir əvvəllər Mira Qrant adı ilə yazmışdır.Onun əsərini ilk vaxtlar heç bir nəşriyyat qəbul etməsə də sonra əsəri çap olunduqda ən çox satılan kitablardan olmuşdur.

Beləliklə, tarixdə görüldüyü kimi, qadınlar topluma çıxmaq üçün kişi kimliyinə bürünür, toplum onu qəbul etdikdən sonra öz əsl kimliyini açıqlayırlar. Bu gün də hələ ədəbiyyatda qadın ədəbiyyatı anlayışı söhbətləri gedirsə, demək tarix hələ də irəliləməyib.Hələ də ədəbiyyatın böyük hədəfi bir yanda qaldığı halda kiçik prinsiplərlə xırda məsələlərlə zamanın başını qatırlar.Ədəbiyyat insani bir idealdır və burada qadınlıq-kişilik itməlidir, ədəbiyyat mənəvi insanın yarandığı və insanlığın qələbə çaldığı bir fəza olduğundan bu cür xırdalıqlar tarixin təkərində əzilib itir.Ancaq bir şeyə diqqət çəkmək istərəm ki, bu kişi adı altında gizlənməyə ən çox Qərb, Avropa qadınları ehtiyac duyublar, bizim “geridə qalan Şərq”də o zamanlarda qadınlar “döyülüb söyülsə” də, hüquqsuz olsa da kişilərlə bərabər aşıq məclislərində deyişirdilər, qadınlar məclis qurub söz deyə bilirdilər.

Əgər bu gün də bir qadın kişi imzası ilə yazsa, bu, mənə heyrətli gəlməz, çünki hələ də bu yazıdan qadın, bu yazıdan kişi “iyisi gəlir” deyən cılız bir ədəbiyyat toplumu var və bu “iyçəkmə” rüzgarı insanı o toplumdan uzaqlaşdırır.

Bəs Azərbaycanda belə bir fakt varmı, bunu hələ araşdırmamışam, ancaq mən illər əvvəl təsəvvüflə bağlı bir yazımı yenə də oxunsun deyə İbn Ərəbinin adı ilə çap etdirmişəm.

MANERA.AZ


Baxış sayı - 2 009 | Yüklənmə tarixi: 10.03.2017 21:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031