“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara yazar Şərif Ağayar cavab verir.-Niyə varsan?- Məncə hamımız Tanrının eqosunun məhsuluyuq.
-Niyə yox olacaqsan?- Çünki belə lazımdır.
-Niyə yazırsan?- İtmiş nələrisə axtarıram.
- Yaşamaq nədir?- Səbəb olmasa belə yaşanılacaq ilahi fürsət.
- Ölüm nədir?- Haqqın ən böyüyünə qovuşmaq.
- Ədalət nədir?- Hamıya və hər şeyə bir gözlə baxmaq.
- Azadlıq nədir?- Məhkum olunduğumuz ən rahat ərazi.
- Yaradıcılıq nədir?- Böyük məğlubiyyətlərin estetik ifadəsi.
- İnsan kimdir?- Tanrıya ən çox bənzəyən yaradılış.
Tural İsmayılov,
MANERA.AZ
Baxış sayı - 2 092 |
Yüklənmə tarixi: 16.01.2017 13:00