manera.az
manera.az

İntellekti yüksəltmənin yeni üsulu - ACQALMA

📅 09.01.2017 12:30

İntellekti yüksəltmənin yeni üsulu - ACQALMA
ABŞ-ın Bak adına Qocalmanı Araşdırma İnstitutu alimlərinin keçirdiyi bir sıra tədqiqatlar göstərib ki, qısamüddətli acqalma baş beynə və sinir sisteminə müsbət təsir göstərir. Çünki gündəlik gərginlikdən dincəlməyə və sakitləşməyə imkan verir.

Tədqiqat obyekti meyvə milçəklərinin sürfələri olub. Alimlər onlara müəyyən müddət enerji baxımından əhəmiyyətli olan zülal verməyiblər. Bunun nəticəsində müəyyən ediblər ki, acqalma prosesi bütün sinir sisteminin enerji ehtiyatını saxlayaraq sinir hüceyrələrinin sinoptik fəallığını yatırır. Tədqiqatçıların fikrincə, bu mexanizmdən müxtəlif koqnitiv pozuntularda, əqli qabiliyyətin itirilməsində, yaddaşın zəifləməsi və digər hallarda istifadə edilə bilər.

Alimlər tədqiqatları davam etdirmək niyyətindədirlər.


Baxış sayı - 1 747 | Yüklənmə tarixi: 09.01.2017 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031