manera.az
manera.az

Kağızdan batareya - Maraqlı

📅 09.01.2017 11:18

Kağızdan  batareya - Maraqlı

Alimlər kağız üzərindəki xüsusi bakteriyalar hesabına işləyən və qatlanan batareya hazırlayıblar.

Batareyanın hazırlanması üçün dünyanın istənilən yerində əldə edilə bilən sadə elementlərdən istifadə olunub. Belə ki, alimlər kağız üzərinə üstü mum qatı ilə örtülmüş gümüş nitrat çəkərək bu uğura nail olublar.

Bakteriyalardan ibarət olan maye batareyanın digər tərəfində yerləşən keçirici polimerdən hazırlanmış kiçik anbara tökülür. Batareya qatlandıqda səthlərin təması zamanı yaranan bakteriyaların metabolizmi sayəsində o fəallaşır. Batareyanın qüvvəsi isə təmasa girən qatların sayından asılıdır.

İstehsalçıların sözlərinə görə, böyük qüvvəyə malik olmayan batareyalardan əldə edilən enerji diabet xəstələrin qanında qlükozanın səviyyəsini ölçən biosensor və digər az enerji sərf edən tibbi cihazlardan istifadəni mümkünləşdirir.


Baxış sayı - 1 594 | Yüklənmə tarixi: 09.01.2017 11:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031