manera.az
manera.az

Bu gün məşhur səyyahın doğum günüdür | MANERA.AZ

📅 06.10.2016 08:30

Bu gün məşhur səyyahın doğum günüdür | MANERA.AZ
Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdalın bu gün doğum günüdür (1914-2002).

Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır.

Xatırladaq ki, 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdi.

Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırıb: “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”.

Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləyib, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür.


Baxış sayı - 1 199 | Yüklənmə tarixi: 06.10.2016 08:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930