manera.az
manera.az

Sabir pyesi nümayiş olundu - MANERA.AZ

Sabir pyesi nümayiş olundu  - MANERA.AZ


Gəncə Dövlət Dram teatrı sentyabr ayının 15-də özünün 122-ci mövsümünü açdı.

Acılış mərasimində teatrın direktoru Əli Qasımov tamaşacıları salamlayıb. Daha sonra xalq artistləri Vaqif Şərifov, Pərvanə Qurbanova, əməkdar artist Elxan Yunis cıxıçlar edərək tamaşaçıları salamlayıb və 122-ci teatr mövsümünün acılışı münasibətilə teatrsevərləri təbrik ediblər

Yaradıcı kollektiv yeni teatr mövsümündə tamaşaçılarının görüşünə Şəfaət Mehdiyevin “Sabir” pyesilə gəlmişdir. Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Əli Qasımovun sözlərinə görə pyes böyük şairin 154 illiyi ərəfəsində onun xatirəsi üçün bir töhfədir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə hazırlanıb.

Qeyd edək ki, Gəncə Dövlət Dram teatrı bununla Şəfaət Mehdiyevin ikinci pyesinə müraciət edir. Bundan əvvəl xalq artisti, mərhum Məhəmməd Bürcəliyevin quruluşunda müəllifin “Mirzə Fətəli” pyesinə ötən 70-ci illərdə müraciət olunmuşdur.

Pyesin qruluşçu rejissoru, Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovadır. Tamaşanın quruluşçu rəssamı Elnur Axundov, Musiqi tərtibatı isə Tünzalə Mustafayevanındır. Tamaşada xalq atisti Alim Məmmədov, əməkdar artist Faiq Qasımov, aktyorlardan Vasif İsmayılov, Yusif Cəfərov, Mətləb Təhmazi, Akif Səfərov, Elmir Məmmədov, Rauf Hüseynov, Ramil Hüseynov, Elvin Almağıyev, Murad Meyfəliyev, aktrisalardan Sevda Orucova, Sevinc Hüseynova, Aysel Şərifova, Könül Kazımova, Şəbnur Allahverdi və Zeynəb Abdullayeva çıxış ediblər.

Tamaşa şəhər ziyalıları, ictimayyət nümayəndələrinin böyük marağına səbəb olub və aktyorların ifası böyük alqışlarla qarşılanıb.

Sabir pyesi nümayiş olundu  - MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930