manera.az
manera.az

“Ən yeni ədəbiyyat” antologiyasına daxil ediləcək imzalar müəyyənləşib

📅 10.09.2016 09:49

“Ən yeni ədəbiyyat” antologiyasına daxil ediləcək imzalar müəyyənləşib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı “Ən yeni ədəbiyyat” antologiyası redaksiya heyətinin növbəti toplantısı keçirilib.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, toplantıda antologiyanın hazırlanması prosesində görülən işlər müzakirə edilib, heyət üzvləri – ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal və mərkəzin elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı-tərcüməçi Yaşar Əliyev, dil mütəxəssisi, yazıçı-tərcüməçi Etimad Muradov təqdim olunan nümunələrin bədii keyfiyyəti, dil və üslub xüsusiyyətləri və s. barədə fikirlərini bölüşüblər. Sonda kitabda yer alacaq müəlliflərin və bədii mətnlərin siyahısı müəyyənləşdirilib.

İclasın geniş mətni “Aydın yol” qəzetinin 16 sentyabr 2016-cı il tarixli nömrəsində dərc ediləcək.


Baxış sayı - 1 357 | Yüklənmə tarixi: 10.09.2016 09:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031