manera.az
manera.az

...dünya dönmür dayanıb... - ŞEİRLƏR

...dünya dönmür dayanıb... - ŞEİRLƏR

Davud Təvəzzuli
MANERA.AZMANERA.AZ
***

Bir zamanlar
Bir gülüşü vardı ki,
Ay rəngini dəyişərdi,
Göy qurşağı görünərdi
gecə olsa belə.
Bir gülüşü vardı ki
İnsanı yaşamağa inandırardı
Oyuncaq almış körpə uşaq kimi
Evinə əli dolu dönən ata kimi.
O gün isə...
Heç gülməyəcək kimi idi
Bir də şeir oxumayacaq kimi
Musiqi dinləməyəcək
Bir də məni heç sevməyəcək kimi.
Susdu...
Bir səssizlik vardı ki
İnsansız bir ev kimi
Heç yaz gəlməyəcək,
Bir də güllər açmayacaq
Yağışlar da uşaqları islatmayaq kimi idi.
Bir gülüşü vardı ki
Mən aylarda görmürəm...
Kim bilir necədir...

***
Dünya özü boyda məzarlıqdır,
Qatbaqat ayağımın altındadı ölülər.
Dünya torpağı ölülərin üst-üstə qalaqlanmasından yaratdı,
Tarix bu cinayətə göz yumdu.
İndi hər gün bir əcdadımızın üstümə basıb keçirik,
Acınacaqlı deyilmi?
Acınacaqlı deyilmi, bu qədər ölünün üstdə şən yaşamaq?
Göz yummaq,baxmamaq?
Bu aralar hər dənizə baxanda
Sahilə vurmuş uşaq görürəm,
Səmaya baxanda ulduzlardan seçilmir heç bombalar.
Bu aralar soyuducuma baxanda
Sümükləri çıxmış qara aclıq görürəm,
Küçələrdə ağaclardan az deyil heç aclar və açıqlar.
Bu aralar hamını pərən-pərən görürəm,
Küçələrdə tullana-tullana gəzirəm
Ayaq altda hey ölülər uzanıb.
Yağışlar da artıq bir az qan yağır
Bütün paltarlılar qanla boyanıb
Torpağı da palçıq tutmur sümüklər hey boylanır,
Heç deyəsən, dünya dönmür dayanıb,
Hər gün bir gün dala gedir dirilər...
Uşaqların cəsədini yumayın, ay insanlar!
Onlar safdı, təmizdilər, o bədənlər kir tutmaz.
Uşaqların qəlblərini sındırmayın, insanlar!
Bir ürəkli onlar qalıb dirilərin içində...

***
Yaşanmamışlar

Ayrılıq mahnılarında deyildiyi kimi,
Axı biz heç ağlaşmadıq,
Nə görüşdük, nə sevindik, nə küsdük,
Axı biz heç yaxınlaşmadıq…
Nə dost qaldıq sevgimizdən sonra da
Nə yoldaş olduq
Əziz insan, axı biz heç düşmən də olmadıq,
Bəlkə bir yerlərdə bizi, döyüş görüşdürər deyə…
Mən bilmirdim…
Ayrılanda ağlanmayan sevgilərin gözü hər vaxt dolu qalır.
Mən bilmirdim, görüşmədən ayrılanlar hər gecə ayrılıqda görüşürlər,
Xatirədə görüşürlər,
Kitablarda görüşərlər,
Bir arzunun kölgəsində oturarlar…
Yazılmayan bir şeirdən
Yaşanmayan bir xoşbəxtlik oxuyarlar,
Heç vaxt əkilməmiş bir gülü dərərlər,
Hələki salınmamış bir bağda
Heç vaxt oturmadıqları bir skamyada
Bir də tuta bilməyəcəkləri əllərim həsrətindən üşüyərlər.
Mən bilmirdim…
Vidasız ayrılanlar,
Sözsüz gedənlər
Bir ömür boğazlarında bir düyüm gəzdirərlər
İçində arzular olan…

***
Pəncərənin iki üzü

Pəncərənin qarşısında bir günü də yola saldıq.
Ağır-ağır yoxa çıxdı
işıqlı bir gündüz daha
Pəncərənin qarşısında...
Küçələri qaranlıqdan qopardıqca
qorxuları yoxa çıxır insanların.
Yatağının altındakı əcinnələr dayandıqca
Uşaqlığın rahat yatır..
...yuxu görür
Görür ki,
Atasıyla anasının arasında yuxulayıb,
Ətirləri qarışırlar yuxusuna...
Pəncərənin qarşısında bir günü də yola saldıq
Bir mən idim,
Bir də ancaq yuxularımda gördüyüm uşaqlığım...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031