manera.az
manera.az

Bu qədər şeirə, qəzələ heyif... - ŞEİRLƏR

📅 25.07.2016 13:30

Bu qədər şeirə, qəzələ heyif... - ŞEİRLƏR
Yusif Nazim Ərəbsoy


Kefə qulluq

Eyləyincə şefə qulluq,
Sən get eylə kefə qulluq.
Çölə qulluq, evə qulluq,
Özünə qulluğun hanı?!

Ömrü "günah" deyə-deyə,
Çevirmisən işkəncəyə.
Gözələ baxmayım! Niyə?
Gözünə qulluğun hanı?!

Yusifin nədi vərdişi?
Çəkmək olubdu dərd işi.
Sən də yalançısan, kişi,
Sözünə qulluğun hanı?!

Heyif

Şirin salxım olsa, yenə cecədir,
Kim bilir bu kimlər kimdir, necədir?!
Üzü Günəş olsa, zülmət gecədir,
Niyyəti eybəcər gözələ heyif.

əsir də, qoy əssin, külək gümansız,
Yolumdan döndərmək istər, imkansız.
Telimin düzənin pozur imansız,
Bir yarpaq yaşılsa, xəzələ heyif.

Yusifi kim istər, özü pis olsa?
Kim kimə "can" deyər, sözü pis olsa?
Kim kimi sevər ki üzü pis olsa?
Bu qədər şeirə, qəzələ heyif.

Alışma

Kefini çək, heç düşünmə, eybi yox,
Həyat səni qandıranda qanarsan.
Çətinliklər hər qaranda əyilmə,
Tale səni sındıranda sınarsan.

Doğru sanıb yalançının sözünü,
Peşman olub, qınayarsan özünü.
Saf olmağın bağlar sənin gözünü,
Arı kimi hər çiçəyə qonarsan.

Hər dərdini hər arsızla bölüşmə,
Yusif kimi çox sevməyə çalışma.
Yadlar sənə od vuranda alışma,
Doğmaların yandıranda yanarsan.

Əziz qəbir


Göz yaşı göstərir qəlbi təmizdir,
Gülüşü yaddaşda ömürlük izdir.
Ana itirənlər peşmandı, bilir,
Ananın özünnən qəbri əzizdir.



Baxış sayı - 2 460 | Yüklənmə tarixi: 25.07.2016 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031