manera.az
manera.az

Bizim daxma papaq qanı götürməz... |MANERA.AZ

Bizim daxma papaq qanı götürməz... |MANERA.AZ

Tural Turan

Əzraillə qoşulub qaçan adam

Arxasınca su çilə yazılarımın,
Su düşsün, oxunmasın bir hərfi belə.
... Addımı yalınçıq, yolluğu yarım
Əzraillə qoşulub qaçan adamın...
Ananın qulağına xısın-xısın dediklərini
süzgəcdən keçirirsən, bilirəm.

De ki, anana, yüngül çobanı təsəvvüf,
Ağır alimı varsağı şeir oynadar.

Əzrail boşasın yenə, gəlirəm
Allah bilir, kəfəndəmi, bələkdəmi:
Mən burdan “Tanrı-Kərim”,
Sən də ordan – “üüüffff...” –
Hər ikisi gözəl, dəmli-dəmli...

Unutma,
mən uşaqlıqda yazdığı şeir varaqları ilə
evə qonaq gələndə
kəsilən toyuqları ütüləyən bir ananın oğluyam.
Əkdikləri üç-dörd gün sonra abort edilən,
Üsyankar və sosial köşələrin qazisi.
Sən su çiləsən belə alışqanam, deyərəm,
Sözün birinci mənasında.
Doğuşdan ölüşə bir açıq bucaqdır a bala,
Ütülənməklə, çilənməyin mazisi...

Bizim daxma papaq qanı götürməz

Bir də bu uşaqla çıxma qarşıma,
Enmə üzsüzlüyün qazmaq dibinə.
Ayıbdı, məni də sizə daşıma,
Onsuz da ayağım sizə sarıdı.
Yüz evlik barıtlı közə sarıdı...
Mən necə yığışım başı papaqsız,
Qapısı ciyiltili gəlin evinə?!...
Bu yorğun günorta, novat adamı,
Yemək də cəhənnəm, sən də cəhənnəm
Görməyə sürünürəm o uçuq damı -
Yenə bir boşqab sən-
"bayat buğlu" bir xörək...
Səni sevməyə gedirəm,
Dədəm evinə...

...Üzüyü lax barmaqlı gəlin,
Oymaqların söz çanağı,
Uşaq qonaqlı gəlin,
anasız, ögsüz gəlin,
"Dənciyi" yüksüz gəlin,
Anamın tikdiyi o güllü yorğan,
nə örtməz,
nə üşütməz, yanıküçüklü gəlini.
Apardığı cehizindən ağır yüklü gəlini...

İki adamlıqdı,
dörd nəfərlik deyil o,
Bircə mənim bədənimə dəyib o...

Bizim daxma papaq qanı götürməz,
Bu bıçağı paslı qın da kiritməz.
Uzaq eylə komamızdan yelini...
Bir də bu uşaqla çıxma qarşıma,
Onsuz da papağım laxdı başıma...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30