Hər yaşda bircə səbəb var, darıxmaqlıq... MANERA.AZ
![]()
DARIXMAQLIQ
Bu uşağın şalvarında nəm olan yerlərə bax,
Qorxub müəlliminin haray qışqırığından.
Əlifbanı öyrəniblər.
cəmi üç gün sonra bayram edəcəklər.
Əlində qaralama vərəq,
Mən "i" hərfiyəm
İndi insan iniltisi istəmirəm
Söyləyəcək.
Amma qorxur müəllimdən.
Müəlliminim səsi qalxır,
O uşağın böyrəkləri qalxan səsə qulaq verir.
Sonra səsə sakitcə cavab verir.
Uzanır nazik su yolu,
Taxtaların arasıyla.
Altı yaşlı bu oğlanın,
Gözü bircə o qızdadı,
Altı aylıq sevgilisi
Gülür, lağa qoyur onu.
Bu gün on beş yaşındadır hər ikisi.
Son zəng vurur balaca qız.
Oğlanın gözləri
Bu zəngə də cavab verir
göz yaşları axır, amma
Uzanmır nazik su yolu
Taxtaların arasıyla.
Bir də toyda görür onu,
Qızın üzü işıq saçır.
Süfrələrdə araq çaxır.
Butulkalar boşaldıqca
Yerə yurda dağıldıqca
Uzanır nazik su yolu
Taxtaların arasıyla.
Sevgimi bu, ya axmaqlıq?
çıxmazlıqdı, ya çıxmaqlıq.
Hər yaşda bircə səbəb var.
Darıxmaqlıq, darıxmaqlıq.
Nizami Hüseynov