manera.az
manera.az

Qurandan yazanlar mükafat aldılar MANERA.AZ

📅 12.05.2016 11:52

Qurandan yazanlar mükafat aldılar MANERA.AZ
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, professor, tənqidçi Tehran Əlişanoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynlidən ibarət münsiflər heyəti birinci yerə “85-ci gün” hekayəsinə görə Mirmehdi Ağaoğlunu, ikinci yerə “157, 158” hekayəsinə görə Elçin Aslangili, üçüncü yerə isə “Katarsis” hekayəsinə görə Günel Eyvazlını layiq görüb.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dini icmaların rəhbərləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qurandan yazanlar mükafat aldılar MANERA.AZ
Qurandan yazanlar mükafat aldılar MANERA.AZ
Qurandan yazanlar mükafat aldılar MANERA.AZ


Baxış sayı - 1 916 | Yüklənmə tarixi: 12.05.2016 11:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930