manera.az
manera.az

Alimlərə qızıl medal verilib | MANERA.AZ

Alimlərə qızıl medal verilib | MANERA.AZ
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə və akademik Böyükkişi Ağayev layiq görülüblər.

L.Zadə qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə, B.Ağayev isə Azərbaycanda qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların atlası” kitabının hazırlanmasında xidmətlərinə görə bu ali mükafata sahib olublar.

MANERA xəbər verir ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin aprelin 20-də keçirilən iclasında qəbul olunub. Tədbirdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib, bu alimlərin medalla təltif olunmaları və namizədlərə on min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edilib.

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nı təltif etmək səlahiyyəti Prezident İlham Əliyevin 2014-cü il 27 iyun tarixli Fərmanı ilə AMEA-ya verilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031