Multikulturalizm kafedrasının iclası olub | MANERA.AZ
MANERA.AZ xəbər veri ki, Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi kafedrasının nəzdində yaradılan Elmi-Metodik Birləşmənin (EMB) ilk iclası keçirilib.
Yeni yaradılan qurum Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələrindən, Azərbaycan multikulturalizmini müxtəlif təhsil ocaqlarında tədrsi edən müəllimlər və araşdırmaçılardan ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi professor Etibar Nəcəfov iclası açaraq Elmi-Metodik Birləşmənin üzvlərini təqdim edib və qurumun gələcək fəaliyyətindən danışıb.
Geniş fikir mübadiləsi ruhunda keçirilən iclasda “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi məsələləri müzakirə olunub, Elmi-Metodik Birləşmənin üzvləri qarşısında duran vəzifələr müəyyən edilib. Əsas istiqamətlər üzrə işçi qruplar təyin olunub.