manera.az
manera.az

Firuz Mustafanın pyesi Türkiyə teatrında | MANERA.AZ

📅 11.04.2016 11:58

 Firuz Mustafanın  pyesi  Türkiyə teatrında   | MANERA.AZ

Türkiyənin İstanbul şəhərində yerləşən “Oda” teatrında yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesinin məşqlərinə başlanmışdır. Monodram janrında yazılmış həmin əsər indiyəcən ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşamışdır.

MANERA.AZ-ın məlumatına görə, qardaş Türkiyədə əsəri Kəmalə Kamalqızı (Nəbibəyova) hazırlayır. O, tamaşanın rejissoru və baş rolun ifaçısıdır. Kamalqızı Turan teleteatrinin rəhbəri, habelə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Barış Tv-də “A-dan Z-yə” verilişinin aparıcısıdır.

Arayış üçün qeyd edək ki, “Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer, Beste Hoşses kimi tanınmış sənətkarlar fəaliyyət göstərir. Teatrın həyatında maraqlı bir fakt da diqqəti çəkir: “Oda” 48 saat ərzində oyun nümayiş etdirərək səhnədə qalan və bu cəhətinə görə dünya rekorduna sahib olan bir teatrdır.

Yeri gəlmişkən, onu da bildirmək istəyirik ki, bu günlərdə Firuz Mustafanın “Neytral zona” adlı pyesi Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrında öz səhnə həllini tapmışdır.


Baxış sayı - 1 754 | Yüklənmə tarixi: 11.04.2016 11:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031