manera.az
manera.az

Biz qalib gələcəyik! -MANERA.AZ

Biz qalib gələcəyik! -MANERA.AZ

Gözlənildiyi kimi oldu... Bir neçə günlük açıq döyüşlər nəticəsində erməni ordusu gözlər önündə əriyir, həm hücumda, həm də müdafiədə özünün bacarıqsızlığını göstərir. Azərbaycanın Silahlı Qüvvələri əməldə nəyə qadır olduqlarını göstərdilər. İki sutka ərzində ordumuzun uğurlu əməliyyatları düşməni boğur, onu əks tədbirlər görmə imkanı vermir. Azərbaycana qarşı dayana biləcək guya güclü erməni ordusunun olması haqqında bütün erməni təbliğatı bir neçə gün də deyil, bir neçə saat ərzində alt-üst oldu.

Bizim silahlı qüvvələrimiz hücuma keçərək az sayda itkilər vermiş, erməni tərəfi isə 100 nəfər, artileriya qurğuları və tanklar itirmişdir. Onları döyülmüş mal-qara kimi strateji nöqtələrdən və kəndlərdən qovmuşlar. Təcrübə də göstərir ki, ermənilər silahsız sakinlərlə döyüşə bilir və buna görə də cavablarını aldılar. Azərbaycan ordusu nəyə qadir olduğunu və necə cavab verə bildiyini göstərdi. Bu, təkcə saxta erməni dövlətinə deyil, eyni zamanda bizim digər düşmənlərimizə də siqnaldır ki, Azərbaycanın suverenliyinə qəsd edildikdə onları nələr gözləyir.

KİV nəyi ifadə edir? Bu, münaqişənin tərəflərini və xəbərlərini obyektiv şəkildə işıqlandırmalı olan kütləvi informasiya vasitələridir. Bəs biz bu hərbi münaqişənin bir neçə günü ərzində nəyi gördük? Söz azadlığı və düzgünlük barədə danışanda sinəsinə döyən Rusiya KİV-imünaqişəni bir tərəfli göstərdilər. Erməniləri günahsız quzular kimi göstərərək ermənilərin dinc azərbaycanlıları atəşə tutmasından danışmırlar, hərçənd bu çirkin hərəkətləri ermənilər birinci dəfə törətmirlər və hər dəfə də bizim ordudan zərbə alırlar. Niyə heç bir yerdə Ermənistanın uzun illər ərzində atəşkəs rejimini pozması barədə deyilmir? Bəli, onlar bizdən layiqli cavabı alırlar və sonra da ağlamağa başlayırlar, lakin onlar həm atəşkəsi pozurlar, həm də BMT-nin Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələrini tanımırlar.

NTV kanalının və bir sıra kütləvi informasiya vasitələrinin internet səhifələriiki gün ərzində dövlətimizin ünvanına dezinformasiya ilə məşğul olublar. Dünya birliyi tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası” barədə Ermənistanın tərkibində muxtar vilayət kimi danışmaq və onların Ermənistandan kömək istəməsi. Əgər siz özünüz belə qondarma Dağlıq Qarabağ Respublikasını tanımamısızsa, bu cəfəngiyyat haqqında danışmaq nəyə lazımdır? Rusiya KİV-i obyektivliyin tərəfdarıdır, hanı bəs sizin obyektivliyiniz?Bütün Rusiya KİV-lərini erməni KİV-ləri kimi adlandıraqmı? ORT kanalında “Vremya pokajet” (“Zaman göstərər”) verilişində şou düzəldərək və necə deyərlər “sülhməramlıları” və ermənipərəstləri toplayaraq Azərbaycanı təcavüzkar kimi qələmə vermişlər. Uşaqlar,Azərbaycan müstəqil respublikadır və nə edəcəyinə özü qərar vermək və öz torpaqlarının taleyini nece həll etmək hüququ vardır.Rus silahları ilə bağlı hədə-qorxular nə deməkdir?

Təchizatçını dəyişmək olar. Necə deyərlər guya“savadlı” jurnalistlərin “Rusiya Azərbaycan Prezidentini cəzalandıracaq və o, özünə gələcək” sözləri nə deməkdir? Lazım gəldikdə, bizim Prezident hər bir kəsi yerinə oturda və cəzalandıra bilər. Birincisi, sizin buna hüququnuz çatmır. İkincisi, bizə həyatı öyrətmədən qabaqözünüzlə və özünüzə yaratdığınız problemlərinizlə məşğul olun. Üçüncüsü, Türkiyəyə və Azərbaycana necə yaşamağı öyrətmək lazım deyil. Canlı efirdə tərbiyə haqqında danışmağa və tərəflərdən birini ittiham etməyə sizə kim ixtiyar verib? Diz üstə çökərək Rusiyanın qarşısına heç kim getməyəcək. Dördüncüsü, canlı efirdəheç kimə hər hansı bir şəxsi qeyri-etik sözlərlə adlandırmaq ixtiyarı verilməyib, bununla siz özünüzü adlandırmış olursunuz. Siz Ukraynada da, Suriyadada obyektivsiniz? Azərbaycanın 20%-i ermənilərin işğalı altındadır, onlar silahsız dinc sakinləri öldürür, hamilə qadınların qarınlarına qaynar su tökürlər, uşaqları valideynlərinin gözləri qarşısında zorlayırlar, meyitlər üzərində alçaldıcı hərəkətlər edirlər, gecənin qaranlığından istifadə edərək Xocalıda genosid həyata keçirdilər. Bu halda, faktlara nəzər saldıqda təcavüzkar kimdir? Özünü xalq və dövlət adlandıran, əslində isə cinayətkar və qatillər olan irinlənmiş yara kimdir? Cavab çox sadədir, lakin Ermənistan onu qəbul etmək istəmir. Bizi təcavüzkar kimi göstərmək lazım deyil, biz bəziləri kimi başqalarının torpaqlarına göz dikmirik, sadəcə öz torpaqlarımızı düşməndən azad edirik.
Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu öz xalqını müdafiə edir və əzəli Azərbaycan torpaqlarını azad edir. Qarabağ bizim torpaqdır və biz öz torpaqlarımızı çaqqallardan azad edirik.

Düzgünlük və obyektivlik hər yerdə olmalıdır, həm işlərdə, həm də hadisələrin işıqlandırılmasında.

Bu, bizim torpaqdır, bizə başqasının torpaqları lazım deyil. Biz öz ərazilərimizin azad olunması üçün döyüşürük və onları qaytaracağıq. Erməni dövləti isə özünün dağıdılmış qüvvələrini aparsaydı yaxşı olardı. Bizim arxamızda həqiqət dayanır, demək biz güclüyük, ermənilərə isə sınıq təknənin qarşısında sakitcə dayanmaq qalır.

Bizim haqlılığımızın və düzgünlüyümüzün bariz nümunəsi kimi qardaş Türk xalqlarının, qardaş MDB ölkələrinin və qardaş Pakistanın dəstəyini göstərmək olar. Ermənistan fanatik siyasəti ilə özünü tam məğlubiyyətə düçar edəcək. Əgər faşist Almaniya hökumətinin nümayəndələrində düşmənə təslim olmamaq üçün öz həyatlarına son qoymağa mərdlikləri və şərəfləri çatırdısa, erməni hökumətində eynisini etmək üçün mərdlik və şərəf olduğunu demək yersiz olardı.

Azərbaycan qüdrətli ordusu, möhkəm mənəvi və əxlaqi keyfiyyətlərə malik mətin xalqı olan və başında müdrik və güclü Prezident İlham Heydər oğlu Əliyev dayanan güclü dövlətdir.

Biz qalib gələcəyik, bütün azad olunmuş ərazilərə Azərbaycan bayrağı qürurla sancılacaqdır. Haqq-ədalət zəfər çalacaq.

Tamerlan İldırım
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031