manera.az
manera.az

Geri dönməyənlər - HEKAYƏ - Elşən İsmayıl

📅 10.12.2018 15:31

Geri dönməyənlər - HEKAYƏ - Elşən İsmayıl
"Afrin" əməliyyatına, "Aprel döyüşləri"nə həsr olunur.

3 hissəli milli-ideoloji, dramatik hekayə

I HİSSƏ

Yaxın Şərqdə bir məntəqə… Qızmar yayın istisi səhradakı hər bir tozda belə hiss olunurdu. Bəzilərinin deyimincə, “Tanrının unutduğu bu yerdə” heç vaxt heç nədən qorxmadan, çəkinmədən, aldığı tapşırıqları sorğulamadan və inanaraq layiqincə yerinə yetirən beş Türk əri olduqca gizli və milli təhlükəsizlik baxımından vacib olan bir tapşırığı yerinə yetirmək üçün xüsusi qaydada yerləşmişdi. Komandanın rəhbəri gənc kəşfiyyatçı Mete Aydın hər şeyi lazımınca dəyərləndirib tabeliyində olan Xüsusi Kəşfiyyat Orqanı işçilərinə əl hərəkətlərilə işarələr verərək onları əməliyyat öncəsi təlimatlandırırdı. Elə bu zaman kimsənin gözləmədiyi bir hadisə baş verdi: uzaqdan əməliyyat yerinə doğru sürətlə böyük bir xarici hərbi konvoy yaxınlaşmağa başladı. Hər kəs narahat olmağa və hazırda nə edəcəkləri barəsində komandirlərindən bir təlimat gözləməyə başlarkən gənc kəşfiyyatçı Mete binokl ilə olanları bir müddət seyr etdikdən sonra üzündə anidən çoxbilmiş və nəsə isə fürsət əldə etmiş bir adama xas gülümsəmə yarandı…

Mete Aydın onlarla beləcə gizli və xüsusi dövlət təhlükəsizliyi önəmi daşıyan tapşırıqlar yerinə yetirmişdi. Hələ tələbəlik illərindən rəhbərliyə müraciət etmiş, “xüsusi komandanın” tərkibində irili-xırdalı bir sıra əməliyyatlara qatılmışdı. Rəhbərlik də bütün əmrləri sözsüz və layiqincə yerinə yetirdiyi üçün ona etimadla yanaşır, yaşının az olmasına baxmayaraq hətta bəzən ondan məsləhətlər də alırdı.

Onun daxil olduğu komandaların tərkibi tez-tez dəyişirdi. Nəinki Türkiyə, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s. Türk dövlətlərinin xüsusi kəşfiyyat orqanlarıyla birlikdə əməliyyatlara qoşulan Mete bir müddətdən sonra ona ən yaxın və əsas təlimatlandırıcı şəxs sayılan Kürşad Ercandan öyrəndi ki, onlar hər hansı bir dövlətə deyil, hazırkı Türk dövlətlərinin hamısının qeyri-rəsmi tabe olduğu vahid quruma, bir başqa sözlə desək: Türk Dərin Dövlətinə tabedirlər. Əlbəttə ki, bu məlumatı Kürşad Ercan elə-belə deməmişdi və hər hansı motivasiya və sınaq xarakteri də daşımırdı bu deyilənlər. Çünki Mete Aydın çoxdan rəhbərliyin müxtəlif sınaqlarından çıxmış və tam etimadını qazanmışdı. Artıq ona hər hansı dövlət və milli əhəmiyyətli sirri rahatlıqla vermək olardı. Elə onun çalışdığı komandaların üzvləri də xarakter və psixoloji-ideoloji baxımdan ondan fəqlənmirdilər…

Metenin əmriylə komanda üzvləri bir-birindən beş-altı metr uzaqlıqda olmaqla kiçik təpəlikdə gizlənmişdilər. Gələnlərin və hazırkı məntəqədəkilərin kimliyi isə artıq hər kəsə məlum idi. Metenin xüsusi araşdırıcı-izləyici davranışları nəticəsində aydın oldu ki, məntəqədəkilər beynəlxalq terror təşkilatı “PKK” və onun gizli dəstəkçisi “Hizbullah”-ın, yəni bilavasitə İran Kəşfiyyat Orqanının Şərqdəki xüsusi terror agenturasının bəzi adamları, gələn qonaqlar isə Rusiya Hərbi Kəşfiyyat Orqanının Şərq üzrə “xüsusi qrup” əməkdaşlarıdır.

Bu lap yerinə düşdü. Beləliklə, necə deyərlər, bir daşla iki quş vurmuş olacağıq, bəylər, hazır olun! – deyə, xüsusi ratsiya aparatı ilə Mete adamlarına gülümsəyərək bir qədər zarafatyana tərzdə əmr verdi.
Komandirlərinin kefinin kök olmasını hiss edən komanda üzvləri daha da ruhlanaraq bir azdan yerinə yetirəcəkləri tapşırığa diqqətlə köklənməyə başladılar. Metenin əmriylə xüsusi hərbi fotoaparat vasitəsilə öncəliklə məkanın, sonra olan-bitən hər şeyin şəkli çəkildi. Bu həm təhlükəsizlik, həm də dövlət əhəmiyyəti daşıyırdı. Yəni, birincisi ona görə ki, əgər işdir hər hansı bir gözlənilməz uğursuzluq baş verərdisə, qrup düşmən tərəfindən tutula və ya məhv edilərdisə, tapşırıq növbəti ehtiyat qrup tərəfindən yerinə yetiriləcəkdi (xüsusi “Online” köçürmə qabiliyyəti olan fotoaparat hər şeyi anındaca birbaşa Əməliyyat Mərkəzinə göndərirdi), ikincisi də, əməliyyat uğurla sona çatsa da belə, bunun davamı siyasi diplomatiya mərhələsi zamanı – yəni, burdakı insanların tabe olduqları dövlət rəhbərlərinin görüşü, müzakirəsi anında davam etdirləcəkdi…

Komanda üzvlərinin hər biri xüsusi məktəb keçmişdilər. Ta bələkdə ikən bu iş üçün seçilmiş, illərlə müxtəlif vasitələrlə yönləndirilərək nəhayət, zaman yetişdiyində bilikli və qüvvətli kəşfiyyatçılar olaraq vətənə xidmət üçün təlimatlandırılmışdılar. Həm də onların sırf bu iş üçün seçilməsi təsadüfi hal deyildi. Onların hər biri əsilzadə Türk ailələrinin övladları – qədim köklü Türk soylarının davamçıları idi. Hərəsi bir Türk dövlətinin nümayəndəsi olan qrup üzvləri öz təlimatçıları tərəfindən bu işə cəlb edilərkən yer alacaqları qrupda necə davranmaları və onlara təqdim olunan komandirlərinə canla-başla tabe olmaları barəsində yetərli biliklərə yiyələnmişdilər. Odur ki, onların heç birində ən dar məqamda belə komandiri, tapşırığı, vətəni, dövləti satma və ya hər hansı vəziyyətdə işdən cayma halları ola bilməzdi. Fərqli dini inanclara sahib olsalar da, onları birləşdirən ən ali məqsədin vətən olduğunu bildikləri üçün əsla aralarında mübahisə etməz və sanki bir əlin beş barmağı kimi bir-birilərinə bağlı və sadiq idilər…

Komanda bir qədər izləmə-araşdırma əməliyyatı apardıqdan sonra komandirin əmriylə düşməni xüsusi qaydada zərərsizləşdirmə prosesinə qədəm qoydu…

Bölgədə “qan imperiyası” qurmağa çalışan, günahsız insanların ölümü və terrordan qazanılan külli miqdarda pulların idarəçisi olan qüvvələrin maşası Rusiya və İran kəşfiyyatı hər cür murdarlıqdan – dini, etnik, sosial, siyasi və s. bölücü vasitələrdən istifadə edərək daim başıpozuqluq, anarxiya, xaos ortamını qorumağa çalışdıqları üçün onların məkrli siyasətinə qarşı uğurlu addımlar atan Türk dövlətlərinə hər hansı yollarla təzyiq etməyə, necə deyərlər, bölgəni Türklərsiz yenidən planlaşdırmağa can atırdılar. Ancaq tarixdə hər zaman olduğu kimi Tanrı ədalətinin carçısı və bərpaçısı olan Türk qətiyyəti buna imkan vermirdi. Odur ki, düşmən agenturalar və onların bağlı olduqları dövlət nümayəndələri ikiüzlü (fahişə tərzi) siyasət yeridərək bəzən “qardaş”, “müttəfiq” rolunu oynamaqdan çəkinmirdilər. Lakin qeyrətli Türk oğul və qızları gec-tez bu hiyləni də anlayır, əksər hallarda düşməni öz silahıyla (onların sahib olduğu və rəhbərlik etdiyi qurumlara üzv olaraq və s.) vurmağa çalışırdı…

Bu gün burda baş verənlər isə Türkün hər şeyə rəğmən əsla ədalətsizliyə, iblis xislətli düşmənlərin oyununa göz yamamasının bilavasitə göstəricisi idi…

Metenin əmriylə hücuma keçən mərd Türk ərləri sırayla öncə məntəqə xaricindəki mühafizə xarakteri daşıyan rus və fars silahlılarını, ardından məntəqə daxilindəki kürd, aysor, erməni mənşəli terrorçuları xalqın diliylə desək, cəhənnəmə vasil etməyə başladılar: başlarından, sinələrindən, qarın və bud nahiyələrindən vurulan düşmən, Türklərin sərrast atıcılıq qabiliyyəti və xüsusi hərbi texnikası vasitəsiylə dərhal yerindəcə gəbərirdi. Hər şey elə ani və cəld baş verirdi ki, havada uçan güllələr yağmur timsalı daşıyırdı. Cəmi 4 dəqiqə 35 saniyə ərzində düşmənin 40-dan çox silahlısı məhv edildi, həm də Türk kəşfiyyatçılarının burnu belə qanamadan…

Tarix boyu aldıqları dəhşətli cəzalara baxmayaraq, düşmənin fahişə ruhlu qüvvələri daim Türkü aşağılamağa, xor görməyə çalışmış, necə deyərlər, onun gücünü xəfif sanmışdır. Ancaq həqiqət tamam başqaydı. Və o həqiqət də məhv edilməkdən, cəzalandırılmaqdan bezməyən murdar xislətli düşmənin birdəfəlik sonunu gətirəcəkdi. Ancaq gəl gör ki, bunu anlamayan və ya anlamaq istəməyənlər, atalar demiş, vaxtı çatan qoyunun başını bıçağa sürtməsinə bənzər bir fəlakətə gözüyumulu irəliləyirdilər…

Məkanın təhlükəsizliyi təmin etdikdən sonra Türk kəşfiyyatçı qrupu məntəqəyə enməyə başladı. Ta binanın əsas mərkəzinə gələnə qədər ehtiyatla hərəkət edərək ola biləcək əks-hücumu nəzər alan Mete və silahdaşları bir müddət sonra hər şeyin nəzarətdə olduğunu yəqin etdilər. Ancaq komandirin görüş otağındakı gözlənilməz əşyanı gördüyü zaman bütün heyət çox az görülən gərgin bir vəziyyətlə qarşılaşdı…

İndi Mete tələbəlik illərini xatırlayırdı. Xüsusi Akademiyada onlara yalnız vətənə, millətə, rəhbərliyə sadiq olmağı öyrətmirdilər. Eyni zamanda ölümlə üz-üzə gələndə necə həssas davranmağı, yoldaşlarına və ümumi ortama hər hansı qorxu hissini aşılamamağı və s. üsulları da bircə-bircə xırda detallarla başa salırdılar. Odur ki, gənc komandir bir çox hallarda ölümlə qarşılaşsa da, vəziyyətdən necə çıxmalı olduğu çox yaxşı bilirdi…

Dayanın. Kimsə hərəkət etməsin! Tam sakit və səbirli olmağa çalışın! – deyə, komanda üzvlərini düşdükləri vəziyyətə və baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə hazırlayırdı gənc komandir Mete Aydın.
Komanda üzvləri nisbətən həyəcanlansalar da, onlar da Mete kimi bu kimi hallarla ilk dəfə qarşılaşmadıqları üçün son dərəcə təmkinli davrandılar. Metenin əsas görüş otağında gördüyü, ortamı gərginləşdirən şey isə əlbəttə ki (təxmin etdiyiniz kimi) , zaman ayarlı və uzaqdan idarəedilən bomba idi. Elə bu an düşdükləri vəziyyətdən qurtulmağın yolunu arayan komanda üzvlərindən biri otağın pəncərəsindən uzaqdan onlara doğru gələn və görünüşlərindən Suriyalı olduqları təxmin edilən fanatik, ayrımçı dini məzhəbə mənsub terrorçu qrupu gördü və:

Komandir, dərhal burdan çıxmalıyıq. – deyə, hövlanak öz fikrini bildirdi.
Mete Aydınsa bir neçə saniyədə beynini yoran suallardan qurtulub vəziyyəti dərk etməyə, gələnlərin kimliyi, düşdükləri hazırkı vəziyyətdən qurtulmağın necəliyi və bombadan əlavə otaqda yenicə gördüyü xüsusi dövlət əhəmiyyətli sənədin nə olduğunu düşünərək cəld qərar verdi:

Yox! Olmaz! Geri dönmək olmaz!
Komanda üzvləri sual dolu baxışlarla onu süzərək ətrafa, gələnlərə və üzərindəki zaman ayarlı bombaya baxmağa davam etdilər. Bombanın üzərindəki zaman isə elə hey insafsızca və tələsərək azalmağa qədəm qoymuşdu: 30-29-28-27… saniyələr getdikcə azalırdı…

II HİSSƏ

Mete Aydın beynini yoran xilas və tapşırığın uğurla bitirməsi haqqındakı düşüncələriylə mübarizə edərkən qəfildən otaqdakı vurulan düşmən agentlərindən birinin hələ ölmədiyinin fərqinə vardı. Kürd mənşəli bu adam sinəsindən ağır yaralansa da, xeyli qan itirsə də bir müddət huşsuz halda qaldıqdan sonra ayılmışdı. Və indi o, digərlərindən daha çox yaşam eşqinə bağlı idi. Rəhbərliyin və xarici “dostların” əmrlərisə deyəsən heç vecinə də deyildi. Odur ki, Mete Aydının anidən onun yaxasına yapışması və bombanın zərərsizləşdirilməsi barəsində ona suallar verməsi sanki yaşamağa az da olsa ümid yaratdı və o, zarıya-zarıya hər şeyi bir neçə saniyədə Meteyə başa sala bildi. Bombanın son 10 saniyəsində Mete onu zərərsizləşdirdi və masa üzərində bayaq gördüyü xüsusi dövlət əhəmiyyətli sənədi də götürərək adamlarına dərhal məkanı tərk etmə əmri verdi. Terrorçu isə yenə huşunu itirdi. Mete onun öldüyünü yəqin edərək arxasına belə baxmadan adamlarıyla birlikdə sürətlə qaçaraq məkanı tərk etdi.

Uzaqdan gələn və sürətlə məkana yaxınlaşan Suriyalı terrorist qrup Mete Aydın və onun komandasını ayırd edənə qədər hər şey həll olundu: məkanın yaxınlığında qum təpəciklərində gizlənməyə macal tapan Türk kəşfiyyatçıları təxminən 30-50 nəfər arası olan dini radikallara qarşı atəş-hücum əməliyyatına başladılar və öncəkilər kimi bu düşmən dəstə də sırayla, qəfil atılan güllələrlə gəbərməyə qədəm qoydular, ta ki komandanın silahlarında güllə bitənə qədər...

Sağ qalan və hücuma cavab verə bilən düşmən sayı 20-ni keçirdi. Metegilin vəziyyəti isə deyəsən yaxşı deyildi. Düzdür, hələ ki kimsə yaranlanmasa da, bundan sonrası üçün bir şey demək çətin olacaqdı. Elə bu an gənc kəşfiyyatçı Mete Aydının ağlına nəticəsi əla, həyata keçirməsisə olduqca çətin bir plan fikri gəldi. Bədbəxtçilikdən bu planı isə komandaya başa salmağa vaxt yox idi. Artıq düşmən güllələri qumluqda məharətlə gizlənmiş Türk kəşfiyyatçılarını sanki “axtarış əməliyyatı keçirirdi”, yəni bir-bir onların ətrafında partlayır, tezliklə bu səhranı cəhənnəmə çevirməyə cəhd edirdi. Ona görə komandir adamlarına yalnızca:

Yerinizdən tərpənməyin, gəlirəm – deyə, nisbətən uca səslə səslənərək bayaq zərərsizləşdirdiyi bombanın olduğu binaya doğru sürətlə qaçmağa başladı.

Kəşfiyyatçılar onun bu ani qəhrəmanlığına heyran qalaraq sağ qalması üçün içlərində dua etməyə başladılar. Mete Aydınsa o qədər cəld və sıçrayış tərzi davrandı ki, düşmən silahlılarının onu görüb gülləboran etməsinə imkan olmadı. Cəmi bir neçə saniyədə Mete həmin otağa gəlib çatdı və bombanı yerindən tərpədərək kiçik bir hərbi çantada özüylə götürdü. Bomba qismən zərərsizləşdirilsə də, yəni zaman ayarı və uzaqdan idarəedilən sistemi pozulsa da, hazırda bir mina xarakteri daşıyırdı. Ona görə də gənc kəşfiyyatçı terrorçuları məhz bu yolla öldürməyi qət etmişdi.

Partlama gücü və dağıdıcı qabiliyyəti olduqca yüksək olan və PKK-nın əsas mərkəzi aparatında xüsusi bacarıqlı, milliyətcə xarici mütəxəssis tərəfindən hazırlanan bomba təxminən 20-30 nəfəri öldürməyə qadir idi. Bunu Xüsusi Akademiyada təhsil aldığı zaman hərbi texnika sahəsi üzrə geniş biliklərə yiyələnən kəşfiyyatçı Mete Aydın bombaya ilk dəfə baxdığı anda markasını əzbərlədiyi üçün yaxşı bilirdi. Odur ki, düşmənin məhvini qətiləşdirmək üçün (bombanın partlaması və ya daha zəif nəticə vermə ehtimalı müqavilində) məkandan sürətlə uzaqlaşdıqdan sonra (baxmayaraq ki, bu səfər düşmən onu gördü və güllə yağışına tutdu, ancaq bacarıqlı və dərrakəli kəşfiyyatçı xüsusi qaçış – ziqzaq tərziylə onları çaşdıraraq gizlənəcəyi yerə gəlib çıxa bilmişdi) ehtiyat üçün qabaqcadan özüylə götürdüyü iki əl qumbarasını da xüsusi lentlə bombaya sarıyaraq ani bir qərarla yüksək səslə:

Başınızı əllərinizin arasına sıxın və qulaqlarınızı, gözlərinizi qoruyun – deyərək, adamlarına doğru bağırdı və bombanı terrorçulara sarı var-gücüylə tulladı.

Məkanda elə bir güclü partlayış oldu ki, nəinki bütün terrorçular gəbərdi, hətta görüş üçün hazırlanmış olan müvəqqəti qərargah da onlarla birlikdə yerlə-bir oldu. Türk kəşfiyyatçılarınınsa ancaq bir müddət partlayışın gücündən qulaqları müvəqqəti tutuldu. Sonda adamları ilə birlikdə ölən terrorçuları və dağılan binanı seyr edən Mete Aydın sinəsinə doğru sıxdığı – binadan götürdüyü sənədə, ardından qolundakı Türk bayrağı simgəsinə baxaraq qürurla gülümsəyirdi...

Bir həftə sonra... İstanbul... Axşamçağı sərin dəniz havasından və olduqca əsrarəngiz boğaz mənzərəsindən yüksək dərəcədə həzz alan Mete qəfildən arxasında peyda olan kölgənin varlığıyla birlikdə gərilsə də, sonradan onun komandiri Kürşad Ercan olduğunu biləndə rahatladı. İki kəşfiyyatçı on dəqiqə sonra sahildə yeriyərək söhbət edirdilər:

İraqdakı uğurlu əməliyyatın rəhbərliyimizi və dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizi bir o qədər hiddətləndirmişdir. Araşdırdığımız və əldə etdiyimiz məlumatlara əsasən, siz hücuma keçərkən qarşılaşdığınız birinci qrup rusların adamı – yəni, uzun illərdir bir çox təhlükəsizlik orqanı və tərəfimizdən axtarılan, qatı cinayətkar, keçmiş hərbçi, indiki silah baronu, FSB-nin agenti olduğu təxmin edilən “Saşa” ləqəbli Aleksandr Kremakovun, ikinci dini radikal qrup isə İran agenti, SEPAH-ın hazırkı generallarından olan “Mirzə” ləqəbli Məniçöhr Gilani-nin adamları olub. – deyə, Kürşad bəy qətiyyətlə bildirdi.

Bəs bombanın orda nə işi vardı? Və hər iki qrup görüşəcəkdisə, onları öldürmək istəyən üçüncü tərəf kimdir? – vəziyyəti anlamağa çalışan gənc kəşfiyyatçı Mete haqlı olaraq soruşdu.

Həmişəki kimi çox səbirsizsən, Mete – gülümsəyərək gözlərini xəfifcə qıyan komandir ciddiləşərək davam etdi – məsələ burasındadır ki, heç bir üçüncü tərəf filan yoxdur!

Necə? – təəccüblə və sula doğru baxışlarla Mete öz komandirinə baxdı.

Bilinənin əksinə, əksər hallarda müttəfiq olan Rusiya və İran kəşfiyyatı bəzi şəxsi maraqlara görə eyni zamanda rəqibdirlər və bu onların ilk qarşıdurması deyil. Sizin əməliyyatınızdan tamamən xəbərsiz olan düşmən müəyyən razılaşmalar və müzakirə bitdikdən sonra orada bir-birini öldürəcəkdi. Gələn ilk qrupun içində eyni zamanda Rusiya və İran agenturasının olduğunu nəzərə alarsaq, məntiqi nəticəmiz belədir ki, ruslar hər şey bitdikdən sonra farsları öldürəcəkdilər. Və sənin gətirdiyin o sənəddə də məhz iki tərəfin mövqe savaşının olduğu aşkarlandı.

Onda belə çıxır ki, sonradan gələn dini radikal qrup da öncədən baş verəcəkləri təxmin edən İran kəşfiyyatının əmrinə görə rusları öldürməliydilər. Farslardan daha ağıllı davranan ruslarsa hər ehtimala qarşı bombanı qabaqcadan ora qoymuşdu ki, o məkana yığışan bütün fars agenturası məhv olsun! Yəni düşmən tərəflərin hər ikisi hər şeyi ən xırda detalına qədər hesablayıb. – deyə, Mete Aydın məntiqi analizilə komandirindən geri qalmaq istəmədi.

Olduqca peşəkar və dərin xidməti biliklərə malik olan Kürşad Ercan da yetirməsinin dərrakəsinə heyranlığını gizlətməyərək razılıqla gülümsəyib davam etdi:
Bəli. Məsələ bax beləcə aydınlaşdı.

Bəs o sənəd Türk dövlətçiliyi baxımından nə dərəcə dəyərlidir? – Mete beynini durmadan narahat edən sualların tam cavabını alaraq rahatlaşmaq istəyirdi.
Sənəddə Yaxın və Orta Şərqin, eləcə də Asiyada yerləşən dövlətlərin, yəni Türk dövlətçiliyinin yaxın gələcəyini qapsayan bir çox təhlükəsizlik məsələsi qeyd olunub. Xüsusilə hərbi və kəşfiyyat mərkəzlərinin, qlobal iqtisadi zonaların əsas məntəqələrinin adları diqqətimizi çəkdi.

Belə çıxır ki, düşmən dayanmaq bilmir və bizim uğurlarımızı gördükcə daha iyrənc əməllərə əl atmağa çalışır?

Bəli, Mete, elədir ki var. “Aprel döyüşləri” və Türkiyənin son zamanlar Yaxın və Orta Şərqdə terroru bitirmə məqsədi daşıyan irihəcmli hərbi əməliyyatları Rusiya və İranın, eləcə də onlarla əlaqədə olan bir çox qüvvələrin ciddi narahatçılığına səbəb olub. Bu narahatçılıq da, arxa planda kəşfiyyat orqanlarının soyuq savaşına, onları idarə edən qüvvələrin ciddi qarşıdurmasına gətirib çıxarır...
Kürşad bəyin bu sözlərindən narahat olan Mete hövlanak soruşdu:
Bəs biz nə edəcəyik?
Düşməni hər sahədə qabaqlamaq, ona öz gücümüzü göstərmək və dostlarımızı ruhlandırmaq üçün təcili və daha sərt addımlar atmalıyıq, atacağıq da...
Metenin sual dolu baxışlarına Kürşad bəy:
Son zamanlar Türkiyə və Azərbaycanda dini radikalizm cəhdləri güclənməkdədir. Düşmən bununla demək istəyir ki, nə edirsiniz edin, evinizin çölünü də yandıracam, içini də... Biz isə sağ qalmaq üçün bu odun mərkəzini yox edəcəyik! – cavab verdi.
Yəni?
Eyni zamanda Tehrana və Moskvaya güclü təsiri olan böyük bir mesaj verəcəyik. Və bu mesajı verərkən də, sürətlə və tam gizli şəkildə digər bütün layihələrimizi həyata keçirəcəyik. Düşməni yubadmaq, yıpratmaq və bizimlə razılaşması üçün qorxmadan, çəkinmədən qətiyyətli addımlar atacağıq.
Mete yenə komandirini sual dolu nəzərlərlə süzürdü.
Lazım gələrsə, terroru səbəbkarların paytaxtlarına daşıyacağıq. – deyə, Kürşad bəy sərt üz ifadəsiylə adamına vəziyyətin nə qədər ciddi olduğunu sanki bir daha xatırlatmaq istədi.
Əmr verin, komandir! Mən və komandam, sizin bir əmrinizlə ölümə tam hazırıq! – Mete bir qədər emosionallıqla cavab verdi.
Razılıqla gülümsəyib əlini Metenin çiyninə qoyan Kürşad Ercan növbəti əməliyyatlar haqqında Meteyə danışmağa başladı... Təxminən yarım saat sonra ayrılan cütlük hərəsi bir istiqamətdə maşınlarına oturaraq gözdən itdilər.
Meteninsə qulaqlarında hələ də komandirinin dediyi son sözlər səslənirdi sanki:

DİN SEÇİMDİR, MİLLİYƏT İSƏ QƏDƏRİMİZ! Millətimiz gələcək rifahı və düşmənlərinin məkrli planlarını alt-üst etmə naminə gərək bu cümləni qulaqlarına sırğa etsin, heç vaxt yaddaşından çıxartmasın! Bizim ulu babalarımız, görkəmli dahi şəxsiyyətlərimiz hər zaman törəsinə, dininə, inancına sadiq olsa da, bir şeyi yaxşı biliblər ki, dini etiqadı nə olursa olsun, damarında Türk qanı axan hər kəs qardaş, hər kəs doğmadır. Və doğmalarının istiqbalı naminə hər şeyi gözə almaq gərəkməkdədir. Çünki dünyada Türk milliyyətçiliyini digərlərindən fərqləndirən əsas xüsusiyyət, hər şeydən öndə qutlu törənin, müqəddəs ailə dəyərlərinin, soyun, elin, dövlətin milli maraqlarının durmasıdır. Türk milliyyətçisi hər zaman ailəsinə, soyuna, qan və dil qardaşına sahib çıxmalıdır! Onunla eyni kökdən olanlar və eyni dili danışanlarla daim birlik, böyük müttəfiqlik içində olmalıdır! Ancaq o zaman düşmənin parçalayıcı, bölücü və müxtəlif mövzularda apardığı məkrli siyasətinə qalib gələ bilər. Necə ki, doğulduğumuz zaman hələ dini etiqadımız olmasa da, şərbət kimi şirin, bulaq suyu kimi təmiz, saf, ana laylası qədər əziz Türk dilimiz var olur. Dilimizi, elimizi, soyumuzu, ailəmizi, millətimizi və dövlətimizi qoruyub inkişaf etmək üçün bizi ayırmağa çalışan, xarici düşmən qüvvələrin dəyirmanına su tökən, müxtəlif məqsədli və planlı şəkildə yayılan dini məzhəb, təfriqələrdən uzaq durmalıyıq. Zatən var olan bütün dinlərdə və məzhəblərdə Tanrı birdir. Və o Uca Yaradan hər zaman həqiqəti görməyimizi, onun ədaləti, sevgisi və mərhəməti naminə bölünmək deyil, birləşmək amalını mənimsəməmizi istəmişdir...

Bir neçə gündən sonra Mete Aydın öz gənc komandası ilə yeni əməliyyata tam hazır idi. Sırada Tehran və Moskvada baş tutacaq xüsusi əməliyyatlar var idi. Hədəflər isə çoxdan bəlli idi: qatı cinayətkar, keçmiş hərbçi, indiki silah baronu, FSB-nin agenti olduğu təxmin edilən “Saşa” ləqəbli Aleksandr Kremakov və İran agenti, SEPAH-ın hazırkı generallarından olan “Mirzə” ləqəbli Məniçöhr Gilani...

Günəşin al şüaları bir o qədər əsrarəngiz gözəlliyə məxsus Xəzərin dalğalarını yenicə boyamağa başlamışdı ki, bir vacib xəbər ölkə gündəmini sarsıdı: gecə yarısı Qarabağda düşmən böyük sərhəd pozuntusuna cəhd etmiş, rəşadətli Azərbaycan Ordusu 2 şəhid vermişdi. Ardından Lənkəran-Astara bölgəsində radikal dinçilər kiçik bir qrupla rayon rəhbərliyinə hücum təşkil etmiş, rəhbərlik daxil bir neçə dövlət qulluqçusu xəsarət almışdı. Dövlət qurumları və xalq bu bədbəxt hadisələrdən baş açmağa macal tapmamış qardaş Türkiyədən acı xəbər gəldi: etnik bölücü terrorist qrup ölkənin şərqində bir polis bölməsini basmış və tərəflər arasında xoşagəlməz insident yaşanmışdı. Və nəticədə digər hərbi, kəşfiyyat, polis orqanlarının yardımıyla bütün terrorçular qısa zamanda zərərsizləşdirilsə də, qarşıdurma zamanı can qardaşlarımız 4 şəhid vermişdi. Eyni zamanda Kərkük və Mosulda Türkman qardaşlarımızla kürd peşmərgələri arasında atışma da baş vermiş, 3 Türkman vətən uğrunda şəhid olmuşdu. Bütün bu olanlarlarsa, deyəsən düşmən kəşfiyyatının İraqdakı gizli əməliyyatdan xəbər tutmasından (sadəcə belə ehtimal edilirdi) sonra Türklərə bir cavab sayılırdı. Artıq Mete və adamları qatılacaqları yeni əməliyyatlarda daha kəskin və sərt addımlar atacaqdılar. Rusiya və İran agentlərini dəhşətli ölüm gözləyirdi. Bunu da əməliyyata getdikləri zaman Meteyə komandiri xüsusi hərbi telefon vasitəsiylə dönə-dönə tapşırmışdı.

Deyəsən Metenin əməliyyat zamanı əldə etdiyi sənəd bir nüsxə deyildi. Və düşmən elə o sənəddəki xəritədə qeyd olunan məkanlara hücum edirdi. Artıq heç bir çarə qalmamışdı. Aleksandr Kremakov və Məniçöhr Gilani mütləq dərhal ya həbs edilməli, ya da öz ölkələrinin rəhbərliyinə böyük bir mesaj olacaq tərzdə dəhşətli ölümlə cəzalandırılmalıydılar.

Bütün bu qarışıq cansıxıcı olaylara sonda biri də əlavə olunacaqdı ki... Mete və onun igid komandası vaxtında müdaxilə etməyi bacardılar... “Allahu-Əkbər” sədaları altında yeni dini radikal qrup sərhəddəki bir Türk kəndinə soxulmuşdu... Hadisə tam olaraq belə baş verdi... Hələ fəqir kənd əhli yuxudaykən...

III HİSSƏ

Gecə yarısı Xəzərdə bir adada – gizli toplantı məkanında toplanan Türk Dövlət Başçılarının xüsusi nümayəndələri baş verənlər haqqında narahatçılıqlarını, mövcud vəziyyət və gələcək planlar barəsindəki dərin fikirlərini bir-biriylə bölüşürdülər. Bəli. Mete Aydının komandiri Kürşad Ercan da oradaydı və Türkiyəni təmsil edirdi. Toplantı bitdikdən sonra oradan ayrıldığı zamansa öyrəndiklərindən dəhşətə gəlmiş və düşmənə olan dərin nifrəti birə-min artmışdı. Çünki bir neçə saat əvvəl düşmənin yüzlərlə terrorçu qrupları Yaxın Şərqdə bir Türk kəndinin bütün əhalisini qırmışdı, həm də uşaq, qoca demədən...

İkinci xəbər daha maraqlı və qorxunc idi, sən demə rus və fars agentlərinin bir də Qərb dəstəkçisi varmış. Bəzi araşdırma-hesablama əməliyyatları onun məhz ingilis diplomatı olduğunu çözsə də, adının və şəxsi kimliyinin nə olduğunu tapa bilməmişdi. Bu barədə xeyli düşünən Kürşad, Metenin dəstəsindən başqa bir dəstəni sırf o ingilis agentini tapmaq üçün təlimatladırdı...

İki gün sonra Mete Aydın və dəstəsi Kürşadın əmriylə İranın bir sərhəd rayonuna xüsusi hərbi əməliyyata getdi. Metenin dəstəsində olan dörd Türk əri həmişəkindən fərqli olaraq bu dəfə daha çox qəzəbli və qətiyyətli idi. Sanki bir dəstə qurd onlarla çaqqal sürüsünü parçalamağa gedirdi. Bəli. Düşməni ancaq belə adlandırmaq olardı: “çaqqal”...

Dəstənin Metedən sonrakı əsas üzvü Azərbaycandan olan Səlahəddin Əyyubov idi. O, yaşca Metedən bir qədər böyük olsa da, hərbin qanunlarına ciddi əməl edərək heç vaxt, heç bir halda Metenin əmrlərindən kənara çıxmırdı. Digərləri ona hörmətlə “böyük qardaş” desələr də, hər dəfəsində mülayim bir gülümsəməylə: “Orduda böyük qardaş olmaz, bəylər, orduda əsgər və komandir ifadələri var!” - deyərək, işinə, canı qədər sevdiyi və müqəddəs hesab etdiyi ailəsindən ayrı saymadığı yoldaşlarına cavab verirdi. O, soyca Qərbi Azərbaycanlı olsa da, həyatında heç bir zaman heç bir işdə yerlipərəstlik etməmiş, daima vətəni Azərbaycanı bütöv görmüş, vətənin hər qarış torpağı üçün canını belə verməyə hazır olan hərbi kəşfiyyatçı idi... Evli olması da onu komandada digərlərindən fərqləndirirdi. Ancaq mövzu düşəndə böyük dəyanətlə: “Mən buraya vətənə xidmət etməyə gəlmişəm. Bu iş haradasa eyni zamanda ailəm üçündür. Gələcək nəslimin və bütün xalqımızın daha yaxşı və firavan yaşaması üçün bu gün gec olmadan düşməni məhv etməliyik! Qoy mən bu yolda şəhid olum, amma məndən sonra gələnlər başları üstündə qara buludları deyil, Qutlu Mavi Göyü görsünlər!” - kimi ifadələrlə yoldaşlarına ürək-dirək verirdi...

Səlahəddindən sonrakı üzv Qazaxıstan nümayəndəsi, Qıpçaq igidi Arslan Baytemirov (Bəy-dəmir-ov) idi. Cüssədə digərlərindən daha canlı və möhkəm idi. Dostları bəzən ona zarafatla “Div!” deyə ləqəb qoşardılar. O isə belə anlarda əsla üzülməz, yoldaşlarına tarixdən misallar çəkərək Çingiz Xanın, Metenin, Atillanın və digərlərinin necə nəhəng bədənli olmasından danışardı. Bəli. Elə bu zaman Səlahəddin də hazırcavab davranaraq Böyük Səfəvi Şeyxi-Şahı Şah İsmayılın, onun nəslinin, Ağqoyunlu Həsən Padşahın da iriyarılı olmasını misal çəkərdi...

Sonrakılar Şimali Kiprdən olan, işıldayan mavi gözləri və sarı say saçları olduğuna görə dəstənin ən yaraşıqlısı sayılan, hobbisi rəsm və musiqi olan Erkan Kağantürk və uzaq Sibirdən Yakut Türkü Ulgen (Ülgən) Tumanov (Duman-ov) idi.

Erkan dəstənin ən sevimlisi və tez-tez dərdləşdiyi bir şəxs idi. Çünki incəsənətə olan böyük marağı onu digərlərindən daha canayaxın və humanist, səbirli adam etmişdi. Amma buna baxmayaraq hərbi əməliyyatlarda düşmənə qarşı olduqca amansız və soyuqqanlı davranırdı. Bunu da belə açıqlayırdı: “Savaş zamanı hərb qanunları keçərlidir və özünü əsgər sayan hər kəs hislərini, şəxsi düşüncələri bir yana buraxıb işinə məsuliyyətlə və diqqətlə yanaşmalıdır!” Sırf bu xüsusiyyəti onu rəhbərliyin sevməsinə əsas səbəb idi...

Ulgen Tumanov isə dəstənin ən peşəkar snayperi və xəritəşünası idi. Dini inancı səbəbindən təbiətlə geniş bir bağı olan Yakut əri getdiyi hər əməliyyatda xüsusi bacarığını göstərərək qısa bir zamanda dəstənin düşmənin real gücünü müəyyənləşdirməsinə və hava şəraitinə görə davranmasına kömək edirdi...

Dəstənin hər üzvünün dini inancı fərqli idi. Ancaq onlar heç bir zaman bir-biriylə bu barədə müzakirələr etmir və bir-birilərinə qanı bir, canı bir qardaşları kimi baxırdılar. Mete Aydın Tək Tanrıçı (Göy Tanrı inancı), Səlahəddin Əyyubov şiə müsəlmanı, Arslan Baytemirov sünni müsəlmanı, Erkan Kağantürk xristian, Ulgen Tumanov isə Şamanist və bir azda Buddist idi (onun inancına görə bütün Şərq dinləri bir-biriylə əlaqəli idi, xüsusilə Budda təlimi ondan daha qədim olan Şamanizmdən qaynaqlanırdı). Metenin fikriylə Ulgenin fikri haradasa uyğun idi, çünki o da düşünürdü ki, bütün dinlər Uca Yaradanın – Tək Tanrının ədalətinin carçısıdır! Ona görə, zamanla insanların şəxsi düşüncəsi və yaşayış tərzi üzündən ayrılmış və fərqli dinlərə çevrilmiş inanclar nə vaxtsa yenidən birləşəcək və insanlar daha bir-biriylə məzhəb və təriqət savaşı aparmayacaqlar (təbii ki, bundan ötrü şeytan xislətli düşmən tamamən məhv edilməlidir, çünki bütün din savaşları məhv onların “parçala-hökm sür!” siyasətinin nəticəsidir)...

Əməliyyat zamanı dəstəyə ağır itki üz verdi. Düşmənin hiyləsini, qurduğu tələni kifayət qədər hesablamayan və son zamanlar baş verən hadisələrin stressindən qurtulmadan əməliyyata gedən dəstə bir terrorçu qrupun ələ keçirilməsi əməliyyatı zamanı (hesablamalara görə məhz bu dəstə rus agenti “Saşa” ləqəbli Aleksandr Kremakovun və fars agenti “Mirzə” ləqəbli Məniçöhr Gilaninin dəqiq yerini bilirdi) tələyə düşdü. Çünki düşmən öncəki əməliyyatlardan sonra hədəfin kimlər olduğunu anlamışdı. Ona görə, Türk Kəşfiyyat Qrupunun məhv edilməsi üçün əlindən gələni etdi.

Hadisə elə tərzdə baş verdi ki, nə Mete nə digərləri onlara qurulan oyundan baş aça bilmədilər: deməli hücum əmri gözləyən dəstə terrorçuların gizləndiyi evə doğru gələrkən yolda yaralı halda bir körpə qız uşağı gördülər, olduqca ciddi və dövlət əhəmiyyətli bir əməliyyatda olmalarına baxmayaraq Türk igidlərinin vicdanı və ürəklərindəki insan sevgisi onların bir neçə dəqiqə yubanmasına (uşağın ən yaxın xəstəxanaya çatdırılması zamanı sərf olunan vaxt) səbəb oldu, iyrənc fikirlərlə, məkrli planlarla Türklərə tələ qurmağa hazırlaşan düşmən üçün də bu yetərli idi...

Əməliyyata davam edərkən düşmən silahlıları ən birinci Ulgeni, sonra Erkanı əsir aldılar, onları xilas etməyə çalışan Arslan isə dəstənin ilk şəhidi oldu. Düşmən onu xaincə arxadan güllələdi. Mete dərin bir çuxura düşdü və ən azı yarım saat oradan qurtula bilmədi. Səlahəddin isə düşmənin 20-dən çox silahlısını öncə avtomatla, sonra tapança və bıçaqla öldürdü. Sonda çarəsiz qaldığı və düşmənə olan nifrətini qusmaq istəyi üçün bir əl qumbarasıyla irəli yürüyərək ən az 5 düşmən silahlısını gəbərtdi. Və bu an yaxınlıqdakı yaşayış evlərinin damlarında gizlənən erməni əsilli iki snayper dayanmadan atəş açaraq Səlahəddini ağır yaraladılar. Mete çuxurdan xilas olub gələndə düşmən artıq Erkanı da bir ağacdan asaraq şəhid etmişdi. Ulgen isə tutulduğu yerdən qaçmağı bacardı və əlbəyaxa döyüşdə iki terrorçunu öldürdü. Üçüncü isə onu qarın nahiyəsindən bıçaqladı. Mete yetişənə kimi çoxlu qan itirdiyi üçün halsızlaşan Ulgen, Metenin bir düşmən pulemyotunu ələ keçirib yerdə qalan bütün terrorçuları cəhənnəmə vasil etdiyi görə-görə sevincək halda gülümsədi və sonda canını Ana Təbiətə bağışladı...

Hər şey bitdən sonra can verməkdə olan Səlahəddinin yanına gələn Mete dərin hüzn və yalvarıcı baxışlarla onu qucağına aldı. Dayanmadan elə hey bu sözləri təkrar edirdi:

- Ölmə, qardaş! Ölmə! Bax hər şey bitdi. Gəbərtdiyim son terrorçudan “Mirzə”-nin və digərlərinin də yerini öyrəndim. Səninlə birlikdə gedib onların da canını alacağıq! Tanrı haqqı üçün ölmə!

Yavaş-yavaş nəfəsi daralan Səlahəddin dostuna, komandirinə belə cavab verdi:

- Dünən yuxumda Həzrəti Əlini (ə.s.) gördüm qardaş! Bilirsən nə deyirdi O Müqəddəs, deyirdi ki, hazırlaş, Səlahəddin, sənin zamanın yetişib, vətən üçün, Haqq üçün, inancın üçün şəhid olmalısan!... Sonra rəhmətlik atamı gördüm, o da məni yanına çağırırdı... Məni bağışla, amma artıq vaxtdır, getməliyəm! Sənə bir qardaş kimi, körpə qızımı və ailəmi əmanət edirəm! Bilirəm, sən Allah adamısan, əmanətimə xilaf çıxmazsan! Xahiş edirəm, qızımı oxut! Oxut ki, öz tarixini, milli kimliyini, Türklüyünü anlasın, yaxşı bilsin! Və böyüyəndə hər hansı sahədə çalışmasına baxmayaraq yolumuzu – Qutlu Davanı davam etsin! Allah səndən razı olsun, qardaş! Həzrəti Əli (ə.s.) köməyin olsun! – deyərək, Metenin qollarında canını tapşırdı.

Bir müddət yaşadıqlarından özünə gələ bilməyən Mete Aydın iki həftə sonra Təşkilatın da köməyilə Tehrana yola düşdü. Bu dəfə ona kömək üçün yeni güclü bir komanda müşayiət edirdi...

Tehranda öz malikanəsində fahişləriylə əylənən Məniçöhr Gilaninin Metenin yaşamasından və Türklərin yeni hücumundan xəbəri yox idi.

Həm şəhid olanların kəfin-dəfn mərasimi, həm də yeni hücum planlarının müzakirəsi üçün Təşkilat bir qədər yubanmışdı. Amma Kürşadın əmrində olan dəstənin gərəyindən çox yubanmasının səbəbi məlum idi. Olduqca ağıllı bir komandir olan Kürşad Ercan bir müddət sakit qalıb düşməni ürkütmədən öz planlarını həyata keçirməyə başlamışdı.

Və deyəsən gün o gün idi ki, məhz indi qəfildən nəzarət kameralarının izləmə otağındakı adamlarının təlaşlı səsi “Mirzə”-ni əyləncəsini vaxtından əvvəl bitirməyə vadar etdi və öz otağındakı monitoru açaraq (eyni zamanda bu otaqda da aparat qurulmuşdu və aradabir o, öz işçilərinə nəzarəti buradan edirdi) çölə baxdı. Gördüyündən bir anda dəhşətə gəldi. Bu zaman onun əyləncə malı olan qadınlar və kamera otağındakı nəzarətçilər bərk qorxduqları üçün hazırlaşıb arxa qapıdan qaçdılar. Düşdüyü vəziyyətin şokundan və adamlarının fərasətsiz davranışından başını itirən Məniçöhr sadəcə onların arxasınca bir neçə ağır söyüş söydü. Monitorda Mete Aydının gəldiyini görüncə isə təlaşlanaraq (qərargahın ərazisində onlarla silahlı adamlarının olmasına baxmayaraq) dərhal “xüsusi telefonunu” seyfdən çıxardı və rəhbərliklə əlaqə yaradıb kömək istədi. Amma hər zamanki kimi “Tehran rejimi” dara düşən adamının arxasınca gəlmək fikrində deyildi. Odur ki, müxtəlif bəhanələrlə onun fəryadlarına məhəl qoymadılar. Son çarəni otaqdakı gizli qapıdan qaçmaqda görən fars agenti elə yenicə qapıya yönəlmək istəyirdi ki, bir də nə görsə yaxşıdır, haradan gəldiyi bəlli olmayan və onun adamlarını bir-bir cəhənnəmə vasil edən güllələrin sahibi, Türk dünyasının hər elindən xüsusilə seçilmiş olan igidlərdən toplanılmış yeni “Alpərən” timi bir göz qırpımında peyda oldu (gizləndikləri yerdən açıqlığa çıxdılar) və ərazidəki bütün fars silahlıları qəfil hücumla gülləboran edildi. Ardından bir neçə saniyə keçməmiş, elə həmin gizli qapıdan xüsusi hərbi geyimdə (başında mavi bərə və sinəsində “Bozqurd” nişanıyla) içəri Mete Aydın daxil oldu. Onu görcək qorxudan şalvarını isladan Məniçöhr Gilani Metenin ayaqlarına düşərək yalvarmağa başladı:

- Qüdrətinə qurban olum, ey Türk! Atam, anam sənə peşkəş, yalvarıram, məni öldürmə, nə istəsən verərəm!

Hər zamankı məğrurluğunu qoruyub saxlayan Türk əri fars agentinə doğru kinayəli tərzdə gülümsəyib onu ayağıyla kənara itələdi. Gilani otağın ocaq tərəfinə doğru diyirləndi. Son çarə - qarşısında gördüyü oddan qızmış olan maşanı götürmək olsa da, Mete ona macal verməyib onu əlindən güllələdi. Məniçöhr arvad kimi bağıraraq yalvarmağa davam elədi:

- Bilirəm nə istəyirsən. Bil ki, sənə onu verəcəm. Yetər ki, məni öldürmə.
Mete nifrətli baxışlarla düşmənə doğru baxaraq cavab verdi:

- Səndən mənə heç nə lazım deyil, fars köpəyi!

- Yalvarıram. Ayağının altında ölüm, nə olar məni öldürmə. Sənə Kremakovun yerini də, onun və rusların Şərqlə bağlı planlarını da deyərəm! – ölməmək üçün hər şeyə hazır olan fars dayanmadan Türkə yalvarırdı.

- Lazım deyil! Mən hər şeyi çoxdan öyrənmişəm! Narahat olma, bu saat qardaşlarımız onun da payını verməkdədirlər. Mən buraya sadəcə sənin acınası halına baxmağa və dəhşətli sonunu izləməyə gəlmişəm! – deyə, Mete Aydın bir anda yerdən maşanı alaraq Məniçöhr Gilanini başından vurdu və davam etdi – siz farslar, min ildir başınıza nə gəlsə də, fahişə ruhunuzdan əl çəkmirsiniz. Və belə baxıram Məhşərə qədər də dəyişməyəcəksiniz! Sonunuz isə hər zaman olduğu kimi biz Türklərin əlindən olacaq – onun başından tutaraq ocaqda yanan oda doğru basdı.

Mete otaqdan çıxanda fərqinə vardı ki, masanın üzərində keçmiş Əhəməni və Sasani imperiyalarının xəritələri var. Acı-acı gülərək onları da büküb çığıra-çığıra yanan Məniçöhr Gilaninin üstünə atdı. Beləliklə fars agenti öz çürük ideologiyasıyla birlikdə yanıb kül oldu...

Dağıstan... Bir kənd yerində gizli evdə gizlənən Aleksandr Kremakov qısa bir müddətdə Təşkilatın Rusiya nümayəndəliyinin xüsusi adamları olan Tatar, Qumuq və Azərbaycan Türklərindən ibarət peşəkar bir komanda tərəfindən həbs edildi və bir neçə saat sorğudan sonra gizli yolla Moskvaya aparıldı. Onun məhz orada edam ediləcəyi planlaşdırılmışdı. Çünki bu hərəkət Məniçöhr Gilaninin öldürülməsi kimi Türk Dərin Dövlətinin düşmənə bir mesajı idi.

Öldürülməmişdən öncə Kremakovun son arzusu ailəsiylə son dəfə telefon danışığı oldu. Xüsusi peşəkar qrupun ciddi nəzarətində olduğu üçün və öz eqoist xarakteri üzündən kimsəyə Türklərin əlində olduğunu demədi. Telefon danışığı bitdikdən sonra isə belə bir çıxışla:

- Biz ruslar tarixən öz məqsədlərimizə çatmaq üçün hər şeyə - hətta günahsız körpələrin belə vəhşicəsinə öldürülməsinə göz yummuşuq. İdeoloji-siyasi məqsədlərimizə nail olmaq üçünsə daim köləmiz olan ermənilər, kürdlər, aysorlar, serblər, yunanlar, farslar, əfqanlar, ərəblər və hindlilərdən böyük məharətlə istifadə etmişik... Yaxın Şərqin və Asiyanın son 50 ilində yaradılmış bir çox terror təşkilatlarının, müxtəlif fonlu silahlı qruplaşmaların və qondarma siyasi birliklərin, dövlətcığazların yaradıcıları bizik! Bizim əsas nifrətimiz ancaq Türk millətinədir. Çünki Türklərin birliyi, vahid dövlət arzusu bizim siyasi və şəxsi mənafeyimizə hər zaman zidd olub. Hətta İslamın parçalanması planının da arxasında gizli müttəfiqimiz ingilislərlə biz dayanırıq... “Ədalətli Cəmiyyət” istəyi, dünyanın rifahı bizim külli miqdarda qazanacağımız sərvətlərə, daim qurmaq istədiyimiz quldarlıq rejiminə ziddir. Əgər son 200 ildə ruslar ingilislərlə birlikdə planlaşdırdıqları və idarə etdikləri xaos siyasətini, terrorizm dalğasını yarada bilməsəydilər, indi Turan Birliyi çoxdan var olan və dünyanı tamamən ədalət prinsipləriylə idarə edən güclü bir siyasi qütb idi. Buna əngəl üçün biz zaman-zaman hətta düşmən olduğumuz Amerika və siyasi maraqlarımızın toqquşduğu Çinlə ortaq layihələr həyata keçirdik. Yaxın Şərqdə isə planlarımızın sürətlə həyata keçməsində daim fahişəmiz olmaqdan zövq alan farslar böyük rol oynadı... Bundan sonra minlərlə agentimiz tapılıb öldürülsə də belə, artıq bir çox şeyi dəyişməyə nə dünyanın, nə də Türklərin gücü çatmayacaq. Çünki müxtəlif təfriqələrə, bölücü siyasi fikirlərə əsaslanan və sağalmaz yoluxucu xəstəliyə bənzəyən terror dalğası yüzillərlə Şərqi tərk etməyəcək! Nə qədər ki, terror var, biz və bizim dünyanı kölə sistemiylə idarə edən möhtəşəm sistemimiz var olacaq! – kinayəli, özünə xas murdar gülüşü ilə öz nifrətini Türklərə bildirdi.

Bu onun son gülüşü və eqoist çıxışı oldu. Çünki qəhrəman Türk ərləri Təşkilatın fərmanı ilə Kremakovu tarixi bir slavyan məbədinin girişində asdılar. Nəfəsi tamamən kəsilən və cansız bədəni solmağa başlayan rus agentinin üzündə hələ də qorxunc və iyrənc bir ifadə vardı...

Bir neçə gün sonra Mete Aydın rəhbəri Kürşad Ercan vasitəsiylə öyrəndi ki, Aleksandr Kremakovun gizli müttəfiqi olan və adı kimsəyə bəlli olmayan ingilis diplomatı vacib bir iş üçün Londondan Türkiyəyə doğru yola düşür. Bu, son düşmənin də ələ keçirilib layiqli tərzdə cəzalandırılmasına şərait yaratdı. Ancaq ingilis diplomat elə hesab edirdi ki, rus və fars agentindən fərqli olaraq onun beynəlxalq rəsmi statusu toxunulmazlığını təmin edə biləcək.

Özünə əmin şəkildə Türkiyə daxilindəki gizli terror hücrələrinin rəhbərləriylə görüşə tələsən ingilis diplomat hücrə rəhbərləriylə birlikdə elə görüş anındaca Türkiyə Kəşfiyyatı tərəfindən həbs edildi. Ancaq əməliyyat Türk Dərin Dövlətinin ciddi nəzarətiylə baş tutduğu üçün heç bir xarici orqanın bundan xəbəri olmadı və günlərin bir günü səhər tezdən ingilis diplomat bir otel otağında həddən artıq viski içərək ölmüş halda tapıldı...

Bir ay sonra Mete Aydın və komandiri Kürşad Ercan Türk şəhidliyinə gələrək artıq çoxdan yekunlaşmış və müsbət təsirini göstərmiş əməliyyat haqqında qısaca danışdılar. Son olaraq Mete Aydın Kürşad Ercana bir sual verdi:

- Əfəndim, biz əsrlərdir bu cür şərəfdən, əxlaqdan yoxsun, ancaq şəxsi mənafeyini güdən, öz çirkin əməlləri və fikirləriylə Haqdan, Tanrıdan uzaqlaşmış düşmənlərlə savaşırıq. Hər dəfəsində onları ağır və ibrətamiz şəkildə məğlub etməmizə baxmayaraq onlar yenə bir yol tapıb dirçəlir və şeytani əməllərinə davam edirlər. Sizcə, düşmən niyə məğlubiyyətiylə barışmır və bu savaş nə vaxt bitəcək?

Meteyə müdrik bir gülümsəməylə baxan Kürşad Ercan şəhidliyin qarşısındakı al rəngli Türk bayrağına yönəlib bir neçə saniyə onu seyr etdikdən sonra cavab verdi:

- Türk üçün savaş bitməz, Mete, Türk üçün savaş bitməz! – və gülümsəyərək şanlı bayrağa doğru baxdı.

Deyəsən komandirinin tam olaraq nə demək istədiyini yaxşı anlamışdı Mete ki, o da Kürşad tək müqəddəs Türk bayrağına yönəldi - uğrunda yüzlərlə şəhidin al qanını, canını fəda etdiyi Tanrısal möhtəşəmliyə...

SON

ELŞƏN İSMAYIL
“Bayraqları bayraq yapan üstündəki qandır” – deyə, möhtəşəm ifadədən ruhlanaraq...


Baxış sayı - 2 056 | Yüklənmə tarixi: 10.12.2018 15:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031